SON XƏBƏRLƏR

Bakı-Böyük Kəsik dəmir yolunda sürətin artırılması layihəsinə Cənubi Koreya 300 milyon dollar ayıracaq

2021.10.20, 07:36
Bakı-Böyük Kəsik dəmir yolunda sürətin artırılması layihəsinə Cənubi Koreya 300 milyon dollar ayıracaq

Gunaz.tv
Bakı-Böyük Kəsik dəmir yolunda sürətin artırılması layihəsinə Cənubi Koreya 300 milyon dollar ayıracaq qatar_25_12_2007.jpg «Burada söhbət sürətli qatarların tətbiqi deyil, sadəcə olaraq mövcud yolda sürətin artırılması üçün əsaslı təmir işlərindən gedir» Koreya dəmir yolları şəbəkəsi Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolunda sürətin artırılması layihəsinə 300 milyon ABŞ dolları məbləğində vəsait ayırmağa hazırdır. Bu barədə Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirov məlumat verib. Q.Nəzirovun sözlərinə görə, hazırda bu layihə koreyalı mütəxəssislərlə müzakirə olunur. «Onlar Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolunda sürətin artırılması layihəsinə vəsait ayırmağa hazırdırlar. Burada söhbət sürətli qatarların tətbiqi deyil, sadəcə olaraq mövcud yolda sürətin artırılması üçün əsaslı təmir işlərindən gedir». O qeyd edib ki, bununla bağlı layihənin dəyəri iki milyard manatdır. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar