SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANDA 13 NƏFƏRLİK AŞIQ QRUPU HƏBS OLUNDU

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANDA 13 NƏFƏRLİK AŞIQ QRUPU HƏBS OLUNDU

Gunaz.tv
GÜNEY AZƏRBAYCANDA 13 NƏFƏRLİK AŞIQ QRUPU HƏBS OLUNDU arrested.jpg Qrupun 20 gün ərzində 40 min nüsxədən artıq CD-nin satılması İran rejimini qəzəbləndirib! İranın Qum şəhərində mədəni fəaliyyət göstərən bir qrup azərbaycanlı musiqiçi həbs olunub. Yerli mənbələrdən “Qaynar.info”-ya verilən məlumata görə, ETTELAAT qüvvələri 13 nəfərlik Aşıq qurupunu həbs edib. Belə ki, bu Aşıq qurupu 40 gün əvvəl “Əşayir” studiyada Azərbaycan mahnılarından ibarət iki CD buraxıblar. Bu CD-lər 20 gün ərzində 40 mindən çox satılıb və Qum şəhərində böyük rezonansla qarşılanıb. Elə buna görə də ETTELAAT qüvvələri bundan əsəbləşib və bütün qurupu həbs edib. Xatirladaq ki, xəbər bu gün yayılsa da qrup üzvləri sentyabrın 23-də həbs edilib və bu günə kimi də harada saxlandıqlarıyla bağlı məlumat yoxdur. Həbs olunanların adlarınıtəqdimedirik: 1- Aşıq Əkbər Qulamı 2- Aşıq Mehdi Sədri 3- Aşıq Məhəmməd Səhrayi 4- Aşıq Huseyin Həqiqi 5- Aşıq Eynullah Əzizi 6- Həsən Yavər Qərənli 7- Aşıq Əbbas Zənd 8- Əmir Qərənli 9- Əli Qərənli 10- Huseyin Kərimi 11- Məcid Mehdilu 12- Məhəmmədrza Ruhita 13- Həsən Əbbasi baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar