SON XƏBƏRLƏR

Rusiyada 5 nəfərdən ibarət azərbaycanlı ailəsi qətlə yetirildi

2021.10.20, 07:36
Rusiyada 5 nəfərdən ibarət azərbaycanlı ailəsi qətlə yetirildi

Gunaz.tv
Rusiyada 5 nəfərdən ibarət azərbaycanlı ailəsi qətlə yetirildi azeri-meyit-tabutda.jpg Qətldən sonra yandırılan evdən 2 azyaşlı uşaq sağ çıxdı Oktyabrın 12-nə keçən gecə Rusiyanın Xakasiya Respublikasının Şirin rayonunun Son kəndində dəhşətli cinayət hadisəsi törədilib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, 22 yaşlı sallaqxana işçisi 5 nəfərdən ibarət azərbaycanlı ailəsini qətlə yetirib. Öldürülənlərdən ikisi 10 və 12 yaşlı uşaqlardır. Qatil cinayətin izini itirmək üçün ailənin yaşadığı evi yandırıb. Bu zaman içəridə 1 və 4 yaşlı daha iki uşaq olub. Amma həmin uşaqları xilas etmək mümkün olub və onlar hazırda reanimasiyaya yerləşdiriliblər. Hüquq mühafizə orqanlarının əməliyyatı nəticəsində cinayətkar oktyabrın 12-də həbs olunub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (iki və daha çox adamın öldürülməsi) ilə cinayət işi qaldırılıb. Hələlik dəhşətli qətlin motivləri bəlli deyil. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar