SON XƏBƏRLƏR

Ermənistanın Baş naziri Brayzadan ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə şikayət edib

2021.10.20, 07:36
Ermənistanın Baş naziri Brayzadan ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə şikayət edib

Gunaz.tv
Ermənistanın Baş naziri Brayzadan ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə şikayət edib 20081013103802_1.jpg Ermənistanda, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın «Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlayır» ifadəsini işlətməsindən narahatdılar. «Armtudey.info» agentliyinin yaydığı məlumata əsasən, ABŞ-ə səfəri çərçivəsində Ermənistanın Baş naziri Tiqran Sarkisyan bu barədə vitse-prezident Dik Çeyniyə şikayət edib. Vitse-prezidentlə görüşdə ad çəkməyən Baş nazir, Azərbaycanın ərazi bütövlüyü yada salınan və digər prinsipləri yaddan çıxaran bəyanatları təhlükəli adlandırıb. Tiqran Sarkisyanın fikrincə, bu cür bəyanatların nəticəsində münaqişənin həlli üzrə gedən danışıqlar prosesinə dair yalan təsəvvür yaranır. Ermənistanın Baş naziri bildirib ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupunu çərçivəsində həll olunmalıdır və məsələnin bu formatdan çıxarılması yolverilməzdir. Tiqran Sarkisyan eyni zamanda rəsmi İrəvanın danışıqlar prosesini Madrid razılaşması əsasında davam etdirməyə də hazır olduğunu deyib. Xatırladaq ki, ATƏT MQ-nin amerikalı həmsədri Metyu Brayza BBC radiosunun Rus xidmətinə müsahibəsində bildirmişdi ki, «Ermənistana, problemin həllini Azərbaycanın ərazi bütvölüyü prinsipi əsasında aparılması başa salınmalıdır». ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar