SON XƏBƏRLƏR

TÜRKİYƏ SƏFİRİ ERMƏNİSTANIN DÖVLƏT BAYRAMINA QATILIB

2021.10.20, 07:36
TÜRKİYƏ SƏFİRİ ERMƏNİSTANIN DÖVLƏT BAYRAMINA QATILIB

Gunaz.tv
TÜRKİYƏ SƏFİRİ ERMƏNİSTANIN DÖVLƏT BAYRAMINA QATILIB Prezident Abdullah Gülün qalmaqallı İrəvan səfərindən sonra Türkiyə ilə təcavüzkar Ermənistan arasında dostluq əlaqələri daha da yaxınlaşır. Türkiyə Ermənistanla Azərbaycan arasında sadəcə vasitəçilik etdiyini iddia etsə də artıq bütün diplomatik nümayəndəliklərinə Ermənistanla yaxınlaşma tapşırığı verib. Bu barədə “Yeni çağ” qəzeti məlumat yayıb. Belçikada yayımlanan “yenihaber” saytına istinadən bildirilir ki, Türkiyənin Belçikadakı səfiri Fuad Tanlayla Ermənistanın Avropa Birliyi və Belçikadakı səfiri Vigen Çiteçyan Türkiyə ilə Ermənistan arasında başlayan yeni isti əlaqələrə “öz töhfələrini veriblər”. Belə ki, Ermənistanın dövlət müstəqilliyi günü ilə bağlı tədbirə dəvət alan Fuad Tanlay keçmiş illərdən fərqli olaraq builki mərasimə qatılıb. Türkiyənin rəsmən müstəqilliyini tanımadığı Ermənistanın müstəqillik gününə qatıldığını təsdiqləyən səfir Fuad Tanlay Türkiyə ilə Ermənistan arasında Abdullah Gülün başlatdığı prosesə dəstək verdiklərini və iki ölkə arasındakı problemlərin həlli üçün diplomatik sahədə lazımi addımları atacaqlarını bildirib. Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar