SON XƏBƏRLƏR

Tiflis bəlaya yol çəkir . Mixail Saakaşvilinin yeni təşəbbüsü Gürcüstandakı azərbaycanlıları narahat edib

2021.10.20, 07:36
Tiflis bəlaya yol çəkir . Mixail Saakaşvilinin yeni təşəbbüsü Gürcüstandakı azərbaycanlıları narahat edib

Gunaz.tv
Tiflis bəlaya yol çəkir Mixail Saakaşvilinin yeni təşəbbüsü Gürcüstandakı azərbaycanlıları narahat edib Gürcüstan prezidenti Mixail Saakaşvili Batum-Gümrü-Axalkalaki-Axalsix-Batum marşrutlu yeni avtomobil magistralının inşasına qərar verib. Bununla bağlı olaraq Ermənistan prezidenti Serj Sərkisyanın da razılığı alınıb. Əslində İrəvanın layihəsi olan yeni marşrut Tiflisin təşəbbüsü kimi qələmə verilir və onun iki ölkə arasındakı nəqliyyat daşımaları problemini həll edəcəyi vurğulanır. Gürcüstandakı azərbaycanlılar isə bildirirlər ki, Ermənistana yeni yolun çəkilməsi Samstxe-Cavaxetiyadakı ermənilərin separatçılığını gücləndirməklə yanaşı, Azərbaycanın Gürcüstan ərazisindəki maraqlarına da zərbə mənbəyinə çevriləcək. Ermənistan prezidenti Serj Sərkisyanın dediyinə görə, yeni yol İrəvan üçün çox vacibdir: "Marşrut işə düşəndən sonra İrəvandan Qara dənizə olan məsafə 700 km-dən 450 km-dək azalacaq. Əgər indi İrəvandan Batuma avtomobillə 10-12 saata çatırıqsa, yeni yol vasitəsilə həmin vaxt ən azı 5-6 saat azalacaq". Gürcüstanın müxalifətçi Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili isə tam əksinə, əmindir ki, yeni marşrut istifadəyə veriləndən sonra ölkədə yeni separatçılıq məkanı yaranacaq. O, Cənubi Osetiya ilə Rusiyanı birləşdirən Rok tunelinin "erməni variantı"ndan ehtiyatlanır. "Saakaşvili yeni Rok tunelini işə salmaq istəyir. Ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiyadan keçəcək bu şəxslərin Ermənistana gediş-gəliş imkanlarını daha da artıracaq. Olsun, etirazım yoxdur. Amma iş bundadır ki, Cavaxetiyada çox güclü erməni separatçılığı var. Yol işə salınandan sonra bu bölgənin də ikinci Cənubi Osetiyaya dönməyəcəyinə təminat verə bilmərəm. Yolun tikintisi mütləq şəkildə yaxın gələcəkdə yeni separatizmə səbəb olacaq", - Ş.Natelaşvili deyib. Gürcüstan Azərbaycanlılarının İctimai Assosiasiyasının sədri Nemət Quliyev "Ekspress" əməkdaşı ilə söhbətində bildirdi ki, prezident Mixail Saakaşvilinin təşəbbüsü anlaşılan olsa da, perspektivdə ölkə üçün çox təhlükəlidir: "Başa düşürük ki, Ermənistanla əlaqələri inkişaf etdirmək istəyir və ABŞ da bunda maraqlı olduğundan Tiflisin başqa yolu yoxdur. Lakin Saakaşvili bilməlidir ki, Ermənistana yeni yolun çəkilişi mütləq şəkildə Cavaxetiyadakı ermənilərin separatizminə yeni təkan verəcək. İndinin özündə biz, Gürcüstan vətəndaşı olan azərbaycanlılar Cavaxetiyaya gedə bilmirik. Bizdən kimsə oraya gedəndə ermənilərin təhdid və xuliqanlığı, hədələri ilə qarşılaşır. Qətiyyətlə deyirəm ki, Cavaxetiyada Gürcüstanın mərkəzi hakimiyyətini tanımaq istəmirlər. Bunu dəfələrlə Tiflisdəki hakimiyyət mənsublarına, müvafiq dövlət strukturlarının rəhbərlərinə demişik. Eşidir, qulaq asır, amma anlamırlar". Onun sözlərinə görə, ilin əvvəlindən bəri Samstxe-Cavaxetiyada 12 azərbaycanlı ermənilər tərəfindən döyülüb, cavabında da 26 erməni soydaşlarımız tərəfindən "emosional şəkildə" cəzalandırılıb. İrəvan Dövlət Universitetinin prorektorunun müavini, siyasi ekspert Aleksandr Markarovun fikrincə, Gürcüstanla Ermənistan arasında rahat yolun çəkilməsi gürcü müxalifətçiləri ilə azərbaycanlıları narahat etməməlidir. "Avqust ayında Gürcüstanda baş verənlərə görə Rok tunelini suçlamaq olmaz. Problemi bəlkə yollar, tunellər və körpülər tikməyən insanlar yaradırlar?! Azərbaycanlıların da narahatlığını əsla başa düşmürəm. Cavaxetiyadakı ermənilər kimsəyə qarşı aqressiv davranmırlar və onlar Gürcüstan vətəndaşları kimi hüquqlarından yararlanmaq istəyirlər. Cavax ermənilərinin yeganə tələbi milli-mədəni muxtariyyətdir. Separatçılıq iddiaları, üstəlik guya Cavaxetiyaya gələn azərbaycanlıların döyülmələri barədə deyilənlər də boş şeylərdir. Hər halda mən belə faktlara malik deyiləm. Əgər deyilənlər olsaydı, xəbər tutardıq", - A.Markarov bildirib. Tiflisdəki Siyasi Araşdırmalar Mərkəzinin əməkdaşı Soso Siskarişvili hesab edir ki, M.Saakaşvilinin "ikinci Rok tuneli" təşəbbüsü barədə danışarkən təbii ki, Ermənistan tərəfdən hücum perspektivi nəzərdə tutulmur. "Bizim üçün Rok tuneli "qayada dəlik" yox, Gürcüstanın məruz qaldığı təhlükənin obrazıdır. M.Saakaşvilinin layihəsinin ölkəyə gətirə biləcək bəlalardan danışarkən azərbaycanlılar tamamilə haqlıdır. Bəli, Rusiya bazaları Cənubi Osetiya və Abxaziya istisna olmaqla, bütün Gürcüstan ərazisindən çıxarılıb. Lakin cənub qonşuluğumuzda, Gümrüdə minlərlə rusiyalı hərbçi var. Oradakı 102-ci bazada xidmət edən Rusiya zabitləri və əsgərləri yatıb yuxularında görürlər ki, yeni çəkiləcək rahat yolla Gürcüstana necə dönürlər. Əgər Saakaşvili yol çəkmək istəyirsə, nə mənim, nə də Gürcüstandakı azərbaycanlıların dediklərinə qulaq asan deyil. Fəqət düşünürük ki, bu layihənin əsl müəllifi bu bahardan Gürcüstanı hədələyən və hədələrinin də çoxunu həyata keçirən Vladimir Putindir. Həmin yolla Ermənistandan Cavaxetiyadakı ermənilərə "dəstək" gəlməyəcəyinə, nə vaxtsa rus qoşunlarının hərəkət etməyəcəyinə Saakaşvili təminat verə bilərmi?" - S.Siskarişvili söylədi. Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan isə Gürcüstandakı azərbaycanlıları yersiz olmayan yerdə panika qaldırmada suçladı. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində Rok tunelinin analoqu olmayıb və Ermənistanla qarabağlı erməniləri birləşdirən "Laçın dəhlizi" də Laçın rayonu ermənilərin nəzarətinə keçəndən sonra yaranıb. "Azərbaycanlıların yaşadığı Kvemo-Kartli bölgəsinin Azərbaycanla çoxlu yolları var. Belədirsə, nə üçün oradakı azərbaycanlılar separatçılıq etmir, Gürcüstan hakimiyyətinə qarşı silaha əl atmırlar? Münaqişələri və problemləri tam təcridlə həll etmək olmaz. Cavaxetiyadakı erməniləri sakitləşdirmək üçün onları divarla təcrid etmək absurddur. Bu yol Ermənistana lazımdır. Ymumiyyətlə, nə qədər çox yol olarsa, bir o qədər yaxşıdır", - A.İsgəndəryan söylədi. Gürcüstandakı soydaşlarımızın Milli Birlik Cəmiyyətinin sədr müavini Almaz Qənbərova hesab edir ki, ölkə prezidentinin Ermənistana yol çəkilməsi ilə bağlı layihəsi soydaşdalarımıza yaxşı heç nə vəd etmir: "Gürcüstan rəhbərliyi yürütdüyü yarıtmaz siyasətdən xalqın narazılığını mümkün qədər fərqli, müxtəlif istiqamətlərə yönəltmək istəyir. Samstxe-Cavaxetiyadakı ermənilər artıq çox aqressiv şəkildə müxtariyyət tələb edirlər. Yol çəkiləndən sonra onların qarşısında durmaq çox çətin olacaq. Çünki yollar yalnız çəkildiyi məkanları canlandırmaqla yanaşı, Ermənistadan terrorizm, narkotrafik, separatizm gətirəcək". Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar