SON XƏBƏRLƏR

600-DƏN ÇOX PKK-çı AVROPADA AXTARILIR

2021.10.20, 07:36
600-DƏN ÇOX PKK-çı AVROPADA AXTARILIR

Gunaz.tv
600-DƏN ÇOX PKK-çı AVROPADA AXTARILIR Onların əksəriyyəti xarici xüsusi xidmət orqanlarına işləyir 358.jpg Türkiyə hökuməti bu günədək 600-dən çox yüksək səlahiyyətli PKK-çının təhvil verilməsi üçün Avropa ölkələrinə sorğu göndərib. Lakin bu sorğuların böyük əksəriyyəti təmin olunmayıb. Hökumət sözçüsü, baş nazirin müavini Cəmil Çiçək keçirdiyi brifinqdə bildirib ki, sözügedən terrorçuların hamısı “qırmızı bülletenlə” axtarılır. Onların arasında PKK-nın pul kisəsi sayılan Rza Altun, Abdullah Öcalanın sevgilisi Ayfer Kaya, PKK liderlərindən Murat Qarailan, Duran Kalkan, Cəmil Bayık və başqaları da var. Çiçək deyib ki, Türkiyə bu günədək İnterpol vasitəsilə cəmi bir neçə PKK-çının təhvil verilməsini təmin edə bilib. O, Qərb ölkələrinin PKK terrorçularını himayə etdiyini deyərək bildirib ki, yüksək səlahiyyətli PKK-çıların əksəriyyəti belə ölkələrin xüsusi xidmət orqanları tərəfindən himayə edilir. “Bilirlər ki, terrorçunu təhvil versələr zibilləri üzə çıxacaq. Ona görə də heç kim terrorçunu təhvil vermək üçün səmimi səylər göstərmir.” Çiçək bildirib ki, son 10 il ərzində Avropa Birliyi ölkələri cəmi 10 terrorçunu Türkiyəyə ekstradisiya edib, baxmayaraq ki, yüzlərlə terrorçunun ekstradisiyası haqda sorğu verilib. Onun sözlərinə görə, bir çox hallarda axtarılan terrorçular həbs ounsa da, az sonra buraxılıblar və sonradan Türkiyəyə qarşı terror hücumları həyata keçiriblər. Belələrinin arasında Avropada yaxalandıqdan sonra buraxılan Murad Qarailan da var. Bu arada Türkiyə mətbuatı xəbər verib ki, hökumət PKK-nın son hücumlarından sonra terror təşkilatına qarşı mübarizədə İraqın şimalına nəzarət edən kürd lider Məsud Bərzani ilə əməkdaşlıq etmək istəyir. Xarici İşlər Nazirliyinin yaxın günlərdə İraqın şimalına nümayəndə heyəti göndərəcəyi və Bərzaniyə bir sıra təkliflər verəcəyi bildirilir. Təkliflər arasında PKK-ya qarşı İraqın şimalında Bərzaniyə bağlı peşmərgə qüvvələri ilə birlikdə əməliyyatların keçirilməsi də daxildir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar