SON XƏBƏRLƏR

“DAZBAŞLAR” MOSKVADA BİR AZƏRBAYCANLINI BIÇAQLAYIB

2021.10.20, 07:36
“DAZBAŞLAR” MOSKVADA BİR AZƏRBAYCANLINI BIÇAQLAYIB

Gunaz.tv
“DAZBAŞLAR” MOSKVADA BİR AZƏRBAYCANLINI BIÇAQLAYIB Xəstəxanaya çatdırılan 21 yaşlı Surətin üzərində cərrahiyyə əməliyyatı aparılıb 1459.jpg Moskvada 21 yaşlı həmyerlimiz skinhedlərin hücumuna məruz qalıb. Xəbər verilir ki, Surət adlı azərbaycanlı Moskvadan Odintsovo rayonuna qatarla gedərkən Setun və Bakovka stansiyaları arasında 10 nəfər maskalı şəxs qəfildən vaqona daxil olaraq ona sataşıb və döyməyə başlayıblar (“ANS-press”). Surət yerə yıxılandan sonra isə həmin şəxslərdən biri bıçaq çıxararaq həmyerlimizin kürəyinə bir neçə zərbə endirib. Qan içində olan Surəti Bakovka stansiyasında vaqonda olan sərnişinlər təcili tibbi yardım maşınına qoyaraq xəstəxanaya yola salıblar. Həkimlər bildiriblər ki, cərrahiyyə şöbəsinə daxil olarkən pasiyentin sol böyrəyində, mədəsində bıçaq yaraları olub və o, çoxlu qan itiribmiş. Hazırda Surətin vəziyyəti ağır qiymətləndirilir. Azərbaycan vətəndaşının döyülməsi ilə bağlı cinayət işi qaldırılıb. Əməliyyatçıların fikrincə, 21 yaşlı Surəti vəhşicəsinə döyüb-bıçaqlayanlar “dazbaşlar”, yəni skinhedlər olub. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar