SON XƏBƏRLƏR

Azərbaycanlılar hələbdə erməniləri döyüb

2021.10.20, 07:36
Azərbaycanlılar hələbdə erməniləri döyüb

Gunaz.tv
Azərbaycanlılar hələbdə erməniləri döyüb Suriyanın Hələb şəhərində iki azərbaycanlı həbs olunub. Onlar şəhərin şimalında, Kueyke çayı sahilindəki erməni məhəlləsində dava salmaqda ittiham olunurlar. Hələb polis idarəsindən verilən məlumata görə, 21 və 35 yaşlı iki azərbaycanlı "Aşus" məhəlləsindəki zərgər dükanına girərək zinyət əşyaları almaq istəyiblər. Dükan sahibi Manuçar Abrayan ilə azərbaycanlılar arasında mübahisə yaranıb, dava başlayıb. Azərbaycanlılar erməni zərgəri döyərək dükanı tərk ediblər və taksiyə əyləşərək "Bab əl Nəsr" səmtinə tərəf gediblər. Burada isə onları polis həbs edib. İlkin araşdırma zamanı məlum olub ki, şəhərin "Bab əl Nərab" və "Məçareka" məhəllərinin sakinləri olan 4 erməni də onlardan şikayətçidir. Olayla bağlı cinayət işi qaldırılıb. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar