SON XƏBƏRLƏR

“Böyük yeddilik” maliyyə böhranı ilə mübarizə planını açıqladı

2021.10.20, 07:36
“Böyük yeddilik” maliyyə böhranı ilə mübarizə planını açıqladı

Gunaz.tv
“Böyük yeddilik” maliyyə böhranı ilə mübarizə planını açıqladı boyuk-yeddilik.jpg Dünya liderləri “iqtisadiyyatın xilasına” qərar verdilər “Böyük yeddilik” ölkələri beynəlxalq maliyyə böhranı ilə mübarizə planını açıqlayıblar. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, maliyyə nazirlərinin Vaşinqtonda keçirilən görüşünün nəticələrinə uyğun olaraq birgə bəyanat verilib. Bəyanatda maliyyə institutlarının iflasının və böhranın qarşısını almaq üçün bütün vasitələrdən istifadə ediləcəyi vurğulanıb. Plan kreditlərin verilməsi, bankların müflisləşməkdən müdafiə edilməsi, ipoteka bazarlarının dəstəklənməsi, eləcə də əmanətlərin sığortalanması sahələrində tədbirləri nəzərdə tutur. Əldə edilən razılaşmanı şərh edən ABŞ maliyyə naziri Henri Polson sənədi “maliyyə bazarlarındakı fövqəladə hallarla mübarizə üzrə aqressiv plan” adlandırıb: “Stabil və effektiv maliyyə bazarına qayıtmaq, dünya iqtisadiyyatını müalicə etmək üçün kollektiv qərar vermək həmişə olduğundan daha vacibdir”. Xatırladaq ki, “böyük yeddilik” ölkələrinə ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Kanada və Böyük Britaniya daxildir. Rusiya görüşə dəvət edilməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar