SON XƏBƏRLƏR

Abdulla Öcalanın sevgilisi yunan şəriklərinə pul “atıb”

2021.10.20, 07:36
Abdulla Öcalanın sevgilisi yunan şəriklərinə pul “atıb”

Gunaz.tv
Abdulla Öcalanın sevgilisi yunan şəriklərinə pul “atıb” aponun-sevgilisi.jpg PKK terror təşkilatının başçısı Abdulla Öcalanın sevgilisi, “Rozerin” kod adlı Ayfer Qaya Yunanıstanda dönər şirkəti qurub. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ayfer Qayanın şirkəti iki yunan qadınla birlikdə qurduğu, sonradan şəriklər arasında maliyyə ilə bağlı problem yarandığın bildirilir. Yayılan məlumatlara əsasən, adları açıqlanmayan yunan qadınlar baş terrorçunun sevgilisi ilə bağlı prokurorluğa müraciət edib. Bundan sonra, Ayfer Qaya Yunanıstandan İtaliyaya qaçıb. Məlum olub ki, şirkət Almaniyadan hazır dönər gətirdərək Yunanıstanda satmaqla xeyli miqdarda qazanc əldə edib. Ayfer Qaya həmin pulun xeyli hissəsini terror təşkilatına göndərib. Şirkəti bankdan alınan kreditlə quran yunan şəriklər qazancdan banka olan borclarını ödəmək istəyiblər. Nəticədə Ayfer Qaya ilə yunan şərikləri arasında problem yaranıb. Məlum olub ki, “Rozerin” şəriklərini terrorçular vasitəsilə təhdid edib və şirkəti adına keçirib. Nəticədə yunan qadınlar prokurorluğa müraciət ediblər. Bundan sonra, Ayfer Qaya İtaliyaya qaçıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar