SON XƏBƏRLƏR

Təbriz, İsfahan, Tehran və Məşhəd ZƏRGƏRLƏRİN TƏTİLİ NƏTİCƏ VERDİ. PREZİDENT YENİ QANUNUN İCRASINI DAYANDIRDI

2021.10.20, 07:36
Təbriz, İsfahan, Tehran və Məşhəd ZƏRGƏRLƏRİN TƏTİLİ NƏTİCƏ VERDİ. PREZİDENT YENİ QANUNUN İCRASINI DAYANDIRDI

Gunaz.tv
ZƏRGƏRLƏRİN TƏTİLİ NƏTİCƏ VERDİ. PREZİDENT YENİ QANUNUN İCRASINI DAYANDIRDI tebrizinzergerlerbazari1-1.jpg Şəkildə: Təbrizin zərgər bazarı Bir neçə gündür Təbriz, İsfahan, Tehran və Məşhəd zərgərlərinin yeni vergi qanuna etiraz olaraq keçirdiyi tətillər bəhrə verdi. «Media forum» saytı bildirir ki, bu gün İran prezidenti Mahmud Əhmədinejad yeni vergi qanununun icrasının müvəqqəti dayandırılması barədə sərəncam imzalayıb. Saytın məlumatına görə, Əhmədinejadın imzaladığı sərəncamda deyilir ki, qanunun icrası «əlavə dəyərə qoyulmuş yeni vergi qanunun düzgün icrası, bu məsələ ilə bağlı bütün problemlərin aradan qaldırılması, qanunu daha düzgün və səmərəli həyata keçirmək yollarının axtarılması, əhalinin narazılığının aradan qaldırılması» məqsədilə dayandırılır. Sərəncamda qanun üzərində yenidən işləmək tapşırılır. Bununla belə, zərgərlər yeni vergi ləğv olunanadək tətili davam etdirəcəklərini deyirlər. Zərgərlər İran hökumətinin əlavə dəyər vergisini 3 faiz artırmasına etiraz edirlər. Onların dediyinə görə, bu, zinət əşyalarının bahalaşmasına, nəticədə isə müştərilərin azalmasına gətirib çıxaracaq. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar