SON XƏBƏRLƏR

AYƏTULLAH MÜNTƏZİRİNİN İNFORMASİYA MƏRKƏZİNİN RƏHBƏRİ HƏBS EDİLİB

2021.10.20, 07:36
AYƏTULLAH MÜNTƏZİRİNİN İNFORMASİYA MƏRKƏZİNİN RƏHBƏRİ HƏBS EDİLİB

Gunaz.tv
AYƏTULLAH MÜNTƏZİRİNİN İNFORMASİYA MƏRKƏZİNİN RƏHBƏRİ HƏBS EDİLİB muntezirininadamlaritutulub1.jpg Ayətullah Əli Müntəzirinin İnformasiya Mərkəzinin rəhbəri Müctaba Lütfi həbs edilib. «Media forum» saytı xəbər verir ki, həbsi İran Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) Qum Şəhər İdarəsinin əməkdaşları oktyabrın 8-də həyata keçirib. Bəzi mənbələr M.Lütfinin həbsini onun ayətullah Müntəzirinin bu il Ramazan ayının sonuncu cümə günü söylədiyi nitqi yayması ilə əlaqələndirir. Çıxışında Müntəziri vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına görə ölkə rəsmilərini kəskin tənqid etmişdi. O, demişdi: «Hamının bildiyi kimi bu inqilabın qələbə çalmasında mənim də böyük rolum olub. İndi onlar mənimlə belə davranırlarsa, görün başqaları ilə necə davranırlar. Neyləmək olar, mən Allahdan İran İslam Respublikasının rəhbərlərinə ağıl və fərasət istəyirəm». Müntəziri İran islam inqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Sonradan o, ölkədə həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazaraq edamları tənqid edib. Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri ayətullah Xamneyi gətirilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar