SON XƏBƏRLƏR

Ermənistan Qarabağda referendumun keçirilməsini istəyir

2021.10.20, 07:36
Ermənistan Qarabağda referendumun keçirilməsini istəyir

Gunaz.tv
Ermənistan Qarabağda referendumun keçirilməsini istəyir 7iemjvtx.gif Edvard Nalbandyan: «Əsas məsələ Dağlıq Qarabağın statusudur ki, o da xalqın istəyini azad şəkildə bildirməsi ilə həll edilməldir» Dağlıq Qarabağın statusu məsələsi onun xalqının azad şəkildə istəyini bildirməsi əsasında həll edilməlidir. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bişkekdə Ermənistan, Rusiya və Azərbayjan XİN rəhbərlərinin görüşü başa çatdıqdan sonra jurnalistlərlə söhbətində bildirib. O deyib ki, görüşdə ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanma üzrə «Madrid təklifləri» əsasında aparıdan danışıqlar prosesinin vəziyyəti müzakirə edilib. Qarabağ nizamlanmasının əsas aspektlərinin artıq razılaşdırıldığı barədə bəyanatları şərh edən Nalbandyan bildirib ki, əsas məsələ Dağlıq Qarabağın statusudur ki, o da xalqın istəyini azad şəkildə bildirməsi əsasında həll edilməldir. Bəzi analitiklərin Ermənistanın çətin vəziyyətdə olması haqda iddialarına gəlincə, bu, təhlil deyil, «sağlam olmayan təfəkkürün bəhrəsidir». Nalbandyan həmçinin bildirib ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar daha fəal aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar