SON XƏBƏRLƏR

İran Xəzər – Fars körfəzi(kəngər) neft kəmərini çəkməyi təklif edir

2021.10.20, 07:36
İran Xəzər – Fars körfəzi(kəngər) neft kəmərini çəkməyi təklif edir

Gunaz.tv
İran Xəzər – Fars körfəzi neft kəmərini çəkməyi təklif edir _oil_rig_111008.jpg İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, İslam Respublikası Xəzəryanı ölkələrin neftinin Fars körfəzinə nəqli üçün iri neft kəmərinin çəkilməsi layihəsini təşkil edir, - İranın IRIBNEWS xəbərlər saytı xəbər verir. Onun sözlərinə görə, “Xəzər - Fars körfəzi” boru kəməri faydalı və təhlükəsizdir. Nazir boru kəmərinin layihə gücü, sərmayələrin həcmi və onun çəkiləcəyi müddət barədə məlumat verməyib. Möttəkinin sözlərinə görə, İranın rəsmi nümayəndələrinin enerji təhlükəsizliyinin vacibliyi haqqında fikirləri qazanc məqsədi daşımır. Onun rəyinə görə, bu, enerji istehlakçılarına lazımdır. “Marşrutların təhlükəsizliyi təmin olunmazsa, neftin [fasiləsiz] ixracı həyata keçirilməyə bilər”, - Möttəki Tehranda “Beynəlxalq neft emalı sənayesi” üzrə iclasda bildirib. BP- nin “Dünya energetikasının icmalı – 2008” hesabatında əksini tapan məlumatlara əsasən, 2008 - ci il yanvarın 1-nə Xəzəryanı ölkələrin təsdiq edilmiş neft ehtiyatlarının ümumi həcmi 265,2 mlrd. barelə bərabərdir. Bunun 7 mlrd. bareli Azərbaycan, 138,4 mlrd. bareli İran, 39,8 mlrd. bareli Qazaxıstan, 79,4 mlrd. bareli Rusiya, 0,6 mlrd. bareli Türkmənistanın payına düşür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar