SON XƏBƏRLƏR

QALADA ARXEOLOJİ-ETNOQRAFİK MUZEY KOMPLEKSİ AÇILDI

2021.10.20, 07:36
QALADA ARXEOLOJİ-ETNOQRAFİK MUZEY KOMPLEKSİ AÇILDI

Gunaz.tv
QALADA ARXEOLOJİ-ETNOQRAFİK MUZEY KOMPLEKSİ AÇILDI Prezident İlham Əliyev bu gün paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak edib. AzərTAc xəbər verir ki, 1988-ci ildə yaradılmış Qala Dövlət Tarix Etnoqrafiya qoruğun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam mövcuddur. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. Dövlət başçısı və xanımı Mehriban Əliyeva muzey kompleksi ilə yaxından tanış olublar. Qəsəbə sakinləri ilə görüşündə prezident Qalanın qədim tarixi abidələrinin nümayiş etdirildiyi muzey kompleksinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar