SON XƏBƏRLƏR

ABRAMOVİÇ İFLAS OLDU

2021.10.20, 07:36
ABRAMOVİÇ İFLAS OLDU

Gunaz.tv
ABRAMOVİÇ İFLAS OLDU İş adamı maliyyə çətinliyi ucbatından toyunu da təxirə salıb 1922.jpg Məşhur rusiyalı iş adamı Roman Abramoviç iflas təhlükəsi qarşısındadır. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, biznesmen maliyyə böhranı səbəbindən toyunu da təxirə salıb. Məlumata görə, maliyyə böhranı istisnasız olaraq bütün rusiyalı iş adamlarına toxunub. Rusiyanın 25 ən varlı şəxsi bir yerdə 230 milyard dollar pul itirib. Ölkənin ən varlı şəxsi sayılan Oleq Deripaska maliyyə böhranı nəticəsində 16 milyard dollardan məhrum olub. Roman Abramoviçin isə 20 milyard dollar itirdiyi bildirilir. Ən böyük itkiyə isə “NovolipetskStal”ın sahibi Vladimir Lisin məruz qalıb. Ona məxsus şirkət 85 faiz ucuzlaşdığından Lisin 22 milyard dollar itirib. Bəzi məlumatlara görə, Abramoviç maliyyə böhranı səbəbindən oktyabr ayına nəzərdə tutulan toyunu da təxirə salıb. Roman Abramoviç sevgilisi Daşa Cukovaya hazırda bayram keçirmək üçün vaxtının və həvəsinin olmadığını bildirib. Məlumata görə, biznesmen bütün qüvvəsini maliyyə vəziyyətinin bərpa edilməsinə yönəldib. Cütlüyün toyu Yeni il ərəfəsində keçirmək qərarına gəldiyi bildirilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar