SON XƏBƏRLƏR

DÜNYA BİRJALARI BİR-BİRİNİN ARDINCA ÇÖKÜR

2021.10.20, 07:36
DÜNYA BİRJALARI BİR-BİRİNİN ARDINCA ÇÖKÜR

Gunaz.tv
DÜNYA BİRJALARI BİR-BİRİNİN ARDINCA ÇÖKÜR Bir çox ölkələr çarəni hərracları dayandırmaqda gördülər ABŞ-dan başlayan qlobal maliyyə böhranı hər gün daha da dərinləşməkdədir. Böhranın önündə gedən Rusiyada hökumət artıq sürətlə dəyərdən düşən qiymətli kağızların alqı-satqısını dayandırmalı olub. Dünəndən etibarən Rusiyanın maliyyə və fond birjalarında hərraclar hökumətin xüsusi sərəncamına qədər, qeyri-müəyyən müddətə dayandırılıb. Xəbər verildiyi kimi, ABŞ birjalarında artıq bir həftədir ki, çöküşü dayandırmaq mümkün olmur. Nyu York birjasının əsas indeksi Dow Cones hər gün orta hesabla 6-8 faiz aşağı enir. Dünən də bu proses davam edib və zəncirvari xarakter alaraq dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrini əhatə edib. İndekslərin kəskin aşağı düşməsi Rusiyadan sonra Macarıstan, Tailand və Avstriyanı da hərracları dayandırmağa məcbur edib. Bildirilir ki, Avropa fond birjalarında da indekslər artıq dördüncü gündür ki, aşağı enir. Avropa ölkələrinin mərkəzi bankları maliyyə korporasiyalarını dəstəkləmək üçün faiz dərəcələrini endiriblər, lakin bu addımın təsiri qısamüddətli olub. Avropanın Mərkəzi Bankı isə banklara rekord məbləğdə - 100 milyard dollar kredit təklif edib. “Bloomberg” agentliyinin xəbərinə görə, aparıcı sənaye şirkətlərinin səhmlərinin dəyərdən düşməsinin qarşısını almaq mümkün olmur, artıq iri neft şirkətlərinin də səhmləri dəyərdən düşür. Təkcə bir hərracda “Shell” və “Total” şirkətlərinin səhmləri 3.5 faiz dəyərdən düşüb. “Wall Street Cournal” qəzetinin yazdığına görə, Amerika höuməti banklara borclarını bağlamaq üçün 700 milyard dollar ayrılmasını nəzərdə tutan planının təsirsiz qaldığını görüb böhranın qarşısını almaq üçün yeni tədbirlər fikirləşir. Bu tədbirlərdən biri ölkənin bütün banklarının səhmlərinin alınması, beləliklə də onların dövlətin nəzarətinə verilməsi ola bilər. Prezident Corc Buş deyib ki, onun hökuməti böhranı dayandırmaq üçün bundan sonra da radikal addımlar atacaq. Qeyd edək ki, maliyyə böhranı Avropaya çatanda bu qitənin liderləri elan etdilər ki, bir-birlərinə kömək edə bilməyəcəklər. “Financial Times” qəzetinin məqaləsində deyilir ki, Avropa ölkələri böhran şəraitində “hərə öz başını saxlasın” prinsipinə üstünlük verdilər. Qəzetin yazdığına görə, bu addım 1997-ci ildə Asiya böhranı vaxtı Yaponiyanın baş naziri Riataro Haşimotonun təcili çağırılmış Asiya sammitindəki məşhur çıxışını xatırladır. Haşomoto demişdi ki, Yaponiya bütün Asiyanı xilas edə bilməz, Yaponiya yalnız özü-özünü xilas edə bilər. “Financial Times” yazır ki, Avropa Yaponiyanın 10 il əvvəl etdiyi səhvi təkrar edir, belə ki, qarşılıqlı kömək olmasa, böhran dərinləşəcək. Məsələn, İrlandiya yeganə Avropa Birliyi ölkəsidir ki, bütün bank əmanətlərinə 100 faiz təminat verib, yəni burda əmanətin batması söhbəti yoxdur. İrlandiyanın bu təkbaşına hərəkəti nəticəsində hamı pulunu o biri ölkələrdən çıxardıb, İrlandiyaya qoymağa çalışa bilər ki, bu da Avropa Birliyi ölkələrinin banklarına böyük problem yaradacaq. “Avropa ölkələri nəzərə almalıdır ki, hərə özünə gün ağlayanda hamının günü qara ola bilər” deyə qəzet yazıb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar