SON XƏBƏRLƏR

RUSİYA GÜRCÜSTANDAN QOŞUNLARINI TAM ÇƏKMƏDİ

2021.10.20, 07:36
RUSİYA GÜRCÜSTANDAN QOŞUNLARINI TAM ÇƏKMƏDİ

Gunaz.tv
RUSİYA GÜRCÜSTANDAN QOŞUNLARINI TAM ÇƏKMƏDİ Sarkozi-Medvedyev planı ilə müəyyən olunmuş müddət dünən başa çatdı Dünən Rusiyanın Gürcüstandan qoşunlarını çıxarması üçün Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmada müəyyən olunmuş müddət başa çatıb. Bir gün əvvəl Moskva elan edib ki, bütün hərbi qüvvələrini Cənubi Osetiya və Abxaziya ətrafında bu ilin avqustundakı münaqişə zamanı yaradılmış bufer zonasından çıxarıb. Lakin qoşunların çıxarılmasını izləyən Avropa Birliyinin hərbi müşahidə missiyası bundan əmin deyil. Dünən Gürcüstanda səfərdə olan Fransa xarici işlər naziri Bernar Kuşner qoşunların çıxarılmasına əmin olmaq üçün avropalı müşahidəçilərlə birlikdə münaqişə bölgələrinə gedib. Kuşner Rusiyanın atəşkəs sövdələşməsinə əməl etməsinə ehtiyatla yanaşdığını deyib. Onun sözlərinə görə, Rusiya Fransanın vasitəçilik etdiyi sövdələşməyə qismən əməl edib. Gürcüstanın hakim dairələri bildiriblər ki, Rusiyanın hökumət qüvvələri hələ də üç mövqeyə nəzarət edirlər. Bu mövqelər avqust ayındakı müharibədən əvvəl onların nəzarətində deyildi. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar