SON XƏBƏRLƏR

Türkiyədə yeni qalmaqal

2021.10.20, 07:36
Türkiyədə yeni qalmaqal

Gunaz.tv
Türkiyədə yeni qalmaqal Əsgərlər şəhid olanda general qolf oynayıb Türkiyənin Hakkari bölgəsində, İraqla sərhədin yaxınlığındakı Aktütün Jandarma Məntəqəsinə PKK terrorçuları hücum edəndə hərbi-hava qüvvələrinin komandanı, general Aykut Babaoğlu Antalyadakı hotellərdən birində qolf oynayıb. 17 mehmetciyin şəhid olduğu hücum zamanı əylənən generalın fotoşəkillərini iqtidardakı Ədalət və İnkişaf Partiyasına (AKP) çox yaxın olan "Vakit" və "Taraf" qəzetləri dərc ediblər. Aykut paşa etiraf edib ki, Türkiyə HHQ-nin əməliyyatlarını, o cümlədən İraqın şimalındakı PKK düşərgələri və bazalarına zərbələri qolf meydançasında olarkən koordinasiya edib. Aktütün olayından sonra bütün Türkiyə matəmdə olarkən general Babaoğlu Ankaraya dönüb. "Mənə qarşı yönələn ittihamlar Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna zərbə vurmaq niyyəti güdür. Aktütün məntəqəsinə hüxum barədə məlumat alan kimi əsgərlərimizin cavab zərbələrini Ankarada olan həmkarlarım vasitəsilə koordinasiya etdim. Əməliyyat zamanı hərbi-hava qüvvələrinin işində çatışmazlıqlar olubmu? Başqa səhvlərə yol verilibmi? Yox!" - general deyib. Bu arada Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqə idarəsinin rəisi, general Metin Gürak oktyabrın 9-da axşam saatlarında İraqın şimalından Türkiyə ərazisinə keçməyə cəhd göstərən xeyli PKK-çının müəyyən edildiyini, terrorçulara havadan və yerdən zərbələr endirildiyini deyib. O, keçirdiyi həftəlik brifinqdə bildirib ki, əməliyyat nəticəsində terrorçuların böyük hissəsi məhv edilib. M. Gürak oktyabrın 3-də Aktütün sərhəd məntəqəsinə hücum etmiş terrorçuları təqib etməyə davam etdiklərini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar