SON XƏBƏRLƏR

Erməni politoloq yenə sərsəmlədi

2021.10.20, 07:36
Erməni politoloq yenə sərsəmlədi

Gunaz.tv
Erməni politoloq yenə sərsəmlədi Melik-Şahnazaryan "dedektiv tarixçəsi"ni bir daha təkrarladı Erməni politoloqu Levon Melik-Şahnazaryan dünən İrəvanda keçirdiyi mətbuat konfransında guya Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş, lakin baş tutmamış həyatına sui-qəsd barədə "çox maraqlı" tarixçə danışıb. "Turan"ın xəbərinə görə, Melik-Şahnazaryan bildirib ki, bu il aprelin 22-də Gürcüstanın Marneuli rayonunun Şaumyan kəndində Arşak Aqababyan adlı biri ona atəş açıb. Onun həyatına qəsd edən şəxsin anası milliyyətcə azərbaycanlıdır və o, kənddə "türk Arşak" ləqəbi ilə tanınıb. Aqababyan Türkiyədən 2008-ci ilin fevralında qayıdıb, onun mobil telefonunun yaddaşında isə təxminən 30 türk və 40 Azərbaycan nömrəsi qeyd edilib. Aqababyan və onunla əlbir olan German Koncoryan Azərbaycanın məşhur kriminal siması olan Ağaxandan qətlə görə 100 min ABŞ dolları alıblar. "Lakin bunun arxasında, ölkənin birinci şəxsindən xəbərsiz fəaliyyət göstərə bilməyən Azərbaycanın xüsusi xidmət orqanları durur",- Melik-Şahnazaryan bu fikirdədir. Onun "qətl"i üçün tutulmuş şəxslər bir ay ərzində hazırlıq işləri aparıblar və aprelin 22-də qəsd edərək, yaxın məsafədən atəş açıblar, amma güllə yan keçib. Amma atəş açanlar onu öldürdüklərindən əmin olublar və hətta bu barədə sifarişçiyə məlumat verərək, pul tələb ediblər. Melik-Şahnazaryanın sağ olduğu məlum olduqda isə ona zəng ediblər və mətbuatda nəşrlərə son qoymağı, soyadını dəyişməyi, KİV vasitəsilə öldüyü haqda informasiya yaymağı və göz önündən yox olmağı tələb ediblər, əks halda onun bütün ailəsini qətlə yetirəcəkləri ilə hədələyiblər. Arşak Aqababyan mayın 8-də Ermənistan-Gürcüstan sərhədini keçən zaman həbs edilib. Sui-qəsdin səbəbinə gəlincə isə, erməni belə sərsəmləyib ki, guya onun Azərbaycan rəhbərliyi haqqındakı yazıları buna səbəb ola bilərmiş. Melik-Şahnazaryanın həyatına qəsd faktı üzrə cinayət işi oktyabrın 3-də məhkəməyə verilib. Arşak Aqababyana qarşı dövlət, siyasi və ya ictimai xadimin həyatına sui-qəsdlə bağlı ittiham irəli sürülüb. German Koncoryan barəsində axtarış elan edilib. Azərbaycan tərəfi hələlik politoloqun bəyanatı ilə bağlı şərh vermir. Məlik-Şahnazaryan haqqında onun 1958-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olması, 1988-ci ildən Qarabağda separatçı hərəkatının və Azərbaycana qarşı müharibənin fəal iştirakçı olması məlumdur. 1995-ci ildən İrəvanda yaşayır. Erməni separatizminin fəal ideoloqu və türk xalqlarının düşməni sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar