SON XƏBƏRLƏR

Dünya həyəcandadır

2021.10.20, 07:36
Dünya həyəcandadır

Gunaz.tv
Dünya həyəcandadır Maliyyə böhranı Şərq ölkələrini də vurdu 10_111008.jpg Dünyada yaşanan maliyyə böhranı bu gün bir nömrəli məsələyə çevrilib. ABŞ-dan başlayan maliyyə böhranı Avropanı, daha sonra Şərq ölkələrində vəziyyəti qarışdırıb. Dünən nəzərlər aparıcı dövlətlərin maliyyə nazirlərinin Vaşinqtonda keçiriləcək görüşünə dikilmişdi. Ayrılan milyardlarla avro maliyyə vəsaiti belə, Avropa iqtisadiyyatını qurtara bilmədi. İri maliyyə qurumları, şirkətlər böhranın qurbanı olur. Ukrayna çətin durumdadır. Sənaye obyektləri, xüsusən metallurgiya sənayesi çöküb. Ölkədə işsizlər ordusu yaranıb. Proses belə davam etsə, Rusiya iqtisadiyyatını neft-qaz ehtiyatları belə qurtara bilməyəcək. Ölkə sənayesində xüsusi çəkiyə malik avtomobil istehsalı dayandırılıb. Artıq "Vaz" və "KamAZ" müəssisələri işləmir. Böhran Şərq ölkələrini də cənginə almağa başlayıb. Ən çox zərərçəkən ölkə Yaponiya olub. Ən böyük sığorta təşkilatlarından olan "Yamato layf" şirkəti müflisləşdiyini elan edib. Hökumət iqtisadiyyata dəyən zərəri minimuma endirməyə çalışır. Dünya neft bazarı da özünə gələ bilmir. Qara qızıl 4 dollar ucuzlaşaraq, 79 dollara satılıb. OPEK ölkələri bir araya gələrək hasilatı azaltmaq barədə düşünürlər. Böhrandan dünyanın varlı adamlarının büdcəsinə də külli miqdarda zərər dəyib. Ümid yenə də dünya liderlərinin bir araya gəlməsinədir. Problemin həlli ilə bağlı müzakirələr aparmaq üçün "böyük səkkizliy"in maliyyə nazirlərinin bu gün Vaşinqtonda görüşü keçiriləcək. Mütəxəssislər hələ ki danışıqların nəticə verəcəyinə inanmırlar. Sonda onu da qeyd edək ki, maliyyə böhranı artıq Türkiyəni də silkələməkdədir. Dünən Türkiyənin bütün internet saytları həyəcanlı şəkildə böhrandan bəhs etməyə başlayıblar. Teymur sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar