SON XƏBƏRLƏR

Medvedyevin 3 prinsipi

2021.10.20, 07:36
Medvedyevin 3 prinsipi

Gunaz.tv
Medvedyevin 3 prinsipi Rusiya prezidenti Avropaya yeni mesaylar verir Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, Avropa təhlükəsizliyi haqqında yeni müqavilə üç prinsipə riayət etməlidir. Eviandakı beynəlxalq konfransda Rusiyanın dövlət başçısı ilk dəfə olaraq yeni müqavilənin konkret elementləri barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, müqavilə Avropa dövlətləri üçün bərabər təhlükəsizliyin təmin olunmasına zəmanət verməlidir. Onun fikrincə, burada üç prinsipə riayət etmək lazımdır: "Birincisi- öz təhlükəsizliyini digərlərinin hesabına təmin etməməlidir. Ümumi təhlükəsizlik məkanında vahidliyi zəiflədən hərəkətlərə (hər hansı hərbi birlik və koalisiya çərçivəsində) yol verilməməlidir. Və üçüncüsü, hərbi ittifaqların müqavilənin digər iştirakçılarının təhlükəsizliyinə zərər vurmaqla inkişaf etmələrinə icazə verilməməlidir". Bundan başqa, o əlavə edib ki, yeni sənəddə Avroatlantik məkanda təhlükəsizliyin və dövlətlərarası münasibətlərin baza prinsipləri dəqiq təsdiqini tapmalıdır. "Bu, beynəlxalq təhlükəsizliyin yerinə yetirilməsində mehriban qonşuluq siyasətinə sadiqlik, suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin siyasi müstəqilliyinə və BMT Nizamnaməsindən irəli gələn bütün digər prinsiplərə hörmətdir" - deyə D.Medvedyev bildirib. Prezident onu da qeyd edib ki, müqavilədə güc tətbiqinin və ya onun beynəlxalq münasibətlərə tətbiq olunması təhlükəsinin yolverilməzliyi açıq şəkildə təsdiqlənməlidir. "Müqavilənin eyni şəkildə şərh edilməsi və bu prinsiplərə riayət olunmasına zəmanət verməsi vacibdir" - deyə o qeyd edib. RF prezidenti yaranmış iqtisadi böhranın dünyanın davamlı inkişafını poza biləcəyini də bəyan edib. Onun sözlərinə görə, bu gün dünya iqtisadiyyatında baş verənlər dünyanın davamlı inkişafını pozmaq təhlükəsi yaradır. D.Medvedyev qeyd edib ki, rusiyalı ekspertlər dəfələrlə xammal və ərzaq biryalarında, maliyyə sistemlərində mənfi tendensiyaların yaranması barədə xəbərdarlıq ediblər: "Biz qarşıdakı təhlükələrlə bağlı öz qiymətləndirmələrimizi açıq şəkildə, eləcə də bu yaxınlarda Yaponiyada keçirilən "böyük səkkizlik" formatında və digər meydançalarda bölüşürük". Prezident iqtisadi böhranın təbiətindən danışarkən bildirib ki, "ona bəzi ölkələrin iqtisadi xudbinliyi səbəb olub". D.Medvedyev həmçinin bildirib ki, Rusiya NATO hərbi infrastrukturunun Avropada genişləndirilməsini öz təhlükəsizliyinə hədə hesab edir: "Alyans öz hərbi infrastrukturunu bizim ölkəmizin sərhədlərinə lap yaxınlaşdırır. Avropada - artıq bizim qərb və cənub sərhədlərimiz üzrə - yeni bölücü xətlər çəkir. Təbiidir ki, orada nə deyilməsindən asılı olmayaraq, biz bunu əleyhimizə atılan addım kimi qiymətləndiririk". O, diqqəti "NATO-nun genişlənməsinin hansısa xüsusi həvəslə həyata keçirildiyinə" yönəldib. Rusiya prezidenti xatırladıb ki, bu gün Gürcüstanla Ukraynanın alyansa qəbulu məsələsi ciddi müzakirə edilir. "Özü də sual aşağıdakı kimi qoyulur: bu ölkələri qəbul etmək - əslində Rusiya üzərində qələbə qazanmaq, qəbul etməmək isə Rusiyaya təslim olmaq deməkdir" - deyə D.Medvedyev bildirib. Rusiya prezidenti onu da bildirib ki, mövcud beynəlxalq təhlükəsizlik sistemi olduqca səmərəsizdir. "Əvvəlki təhlükəsizlik sistemi özünün son dərəcə səmərəsiz olduğunu göstərib. Mövcud razılaşmalar dünyada real vəziyyətə cavab verməyi dayandırıb. İraq, Kosovo, Qafqaz, Əfqanıstan və bir çox digər münaqişə bölgələrində hadisələr buna dəlalət edir" - deyə D.Medvedyev bildirib. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar