SON XƏBƏRLƏR

“ERGENEKON” İŞİNDƏ TUTULANLARIN İKİSİ BURAXILDI

2021.10.20, 07:36
“ERGENEKON” İŞİNDƏ TUTULANLARIN İKİSİ BURAXILDI

Gunaz.tv
“ERGENEKON” İŞİNDƏ TUTULANLARIN İKİSİ BURAXILDI Türkiyədə “Ergenekon” əməliyyatında ən son həbs edilmiş 6 nəfərdən ikisi - Türkiyə Futbol Federasiyası Nəzarət-Təftiş Komissiyasının üzvü, təqaüddə olan polkovnik Tancu Güvəndirən və tibb elmləri doktoru Hüseyn Nazlıqul sərbəst buraxılıblar. Tancu Güvendirən PKK-çıların işi ilə bağlı bir çox səs-küylü məhkəmə qərarlarına imza atıb. İndi mövcud olmayan Dövlət Təhıükəsizlik Məhkəməsinin keçmiş hakimi kimi həbs olunarkən o xüsusi mühafizə altında olub. Güvendirən həmçinin Türkiyədə sonuncu hərbi çevriliş zamanı Acziməndilər təriqətinin üzvlərinə də hökm oxuyub, onun həbsə mhkum etdikləri arasında polis kəşfiyyatının keçmiş rəhbəri Hanefi Avcı da var. Qeyd edək ki, Güvendirən “Ergenekon” üzvü olmaqda şübhəli bilinərək həbs edilmişdi. Bu iş üzrə hazırda onlarla tanınmış şəxs həbsdədir, onların üzərində məhkəmə prosesinin ilk iclası oktyabrın 20-də başlayacaq. Prosesin kifayət qədər uzun çəkəcəyi gözlənilir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar