SON XƏBƏRLƏR

ERMƏNİLƏR DAĞLIQ QARABAĞ VASİTƏSİLƏ ALMAZ QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLURLAR

2021.10.20, 07:36
ERMƏNİLƏR DAĞLIQ QARABAĞ VASİTƏSİLƏ ALMAZ QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLURLAR

Gunaz.tv
ERMƏNİLƏR DAĞLIQ QARABAĞ VASİTƏSİLƏ ALMAZ QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLURLAR 2008-ci ilin avqustunda İsrailin Tel-Əviv şəhərinin Ben-Qurion aeroportunda gömrükdən içi xırda almazla dolu keys keçirmək istəyən Gürcüstan vətəndaşı Tengiz Kikinaşvili saxlanılıb. T. Kikinaşvili yüklə bağlı heç bir sənəd təqdim edə bilməyib. Onun özünün qiymətləndirməsinə əsasən, qaçaqmalın dəyəri 200 min dollar olub, ancaq İsrail ekspertləri qeyri-leqal yükün dəyərinin 1 milyon dollardan çox olduğunu müəyyənləşdiriblər. Almazlar müsadirə olunub, Kikinaşvili özü isə istintaq müddətində ev dustağı edilib. APA-nın məlumatına görə, bir qədər sonra bəzi informasiya agentlikləri İsrail polisinə istinadən T. Kikinaşvilinin “Artsakh Diamond” adlı erməni şirkətinin rəhbəri və sahiblərindən biri, qaçaqmal almazların isə Rusiya mənşəli olması barədə xəbər yayıb. Xəbərdə o da qeyd olunur ki, T. Kikinaşvili dəfələrlə Syerra-Leone, Konqo və Anqolaya gedərək, almaz emalı ilə məşğul olan, Ermənistan parlamentini deputatı Qagik Abramyana məxsus DCA (Diamond Company of Armenia) şirkəti üçün almaz alıb. Əldə olunan məlumata görə, Xankəndində qeydiyyatda olan “Artsakh Diamond”un səhmlərinin 15-%-i T. Kikinaşviliyə məxsusdur, şirkətin əsas sahibi məhz DCA-dir. “Artsakh Diamond” Q. Abramyanın “DQR”də almaz emalı sənayesinin yaradılması və inkişafı üzrə 2002-ci ildə “Andranik Daskh” şirkətinin təsis olunması ilə başlayan məlum layihələrinin modernizasiyası sayılır. Bu layihələr almaz alveri ilə məşğul olan erməni işbazlar üçün cəlbediciliyi ilə də fərqlənib. Çünki “DQR” ərazisinə aparılan almazlar avtomatik olaraq qanuni almaz bazarından itir və onları gizli dövriyyəyə buraxaraq əldə olunan vəsaitləri “DQR”in güc strukturları üçün silah alınmasına sərf etmək asan olur. Tanınmamış “DQR” almazların dövriyyəsinə nəzarət edən və onların kriminal, terror məqsədilə istifadəsini əngəlləyən “Kimperliysk prosesi” təşkilatına daxil deyil və ərazisindəki sövdələşmələrlə bağlı heç kimə hesabat vermir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar