SON XƏBƏRLƏR

Qəzzafi qəzəblənib . Liviya pullarını İsveçrədən çıxarır

2021.10.20, 07:36
Qəzzafi qəzəblənib . Liviya pullarını İsveçrədən çıxarır

Gunaz.tv
Qəzzafi qəzəblənib Liviya pullarını İsveçrədən çıxarır Liviya İsveçrə banklarındakı $7 milyardlıq vəsaitini çıxarmağa başlayıb və bu ölkəyə neft satışlarını bütünlüklə dayandıracaq. Tripolidəki "Jana" dövlət informasiya agentliyi bildirib ki, Liviyanın İsveçrə ilə iqtisadi əməkdaşlığı bütünlüklə dayandırması niyyətinin səbəbi "Cenevrə kantonunda liviyalı diplomat və iş adamlarının dözülməz davranışa məruz qalması"dır. Liviya Cəmahiriyyəsinin lideri Müəmmər Qəzzafinin oğlu Hannibal və arvadının Cenevrədə xidmətçiləri isə pis davranmaqda suçlanıb saxlanmasından sonra Tripoli ilə Cenevrə arasındakı münasibətlər kəskin pisləşib. Hannibal Qəzzafiyə qarşı ittihamlar sonradan ləğv edilib sentyabrın 3-də cinayət işi bağlansa da, ata Qəzzafinin hirsi soyumayıb. Liviya bütün diplomatlarını İsveçrədən geri çağırıb, isveçrəlilərə viza verilməsini dayandırıb, öz ərazisində İsveçrənin şirkətlərinin əksər nümayədəliklərinin qapılarını möhürləyib. Liviyanın "Tamoil" dövlət neft şirkəti İsveçrənin "qara qızıl"a olan tələbatının 1/3-ü təmin edir. İsveçrə ərazisində 320 yanacaqdoldurma məntəqəsi və Vale Kantonundakı neftayırma zavodu da Liviyaya məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar