SON XƏBƏRLƏR

Namiq Tan: “İsrail Knesseti qondarma “erməni soyqırımı”nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq”

2021.10.20, 07:36
Namiq Tan: “İsrail Knesseti qondarma “erməni soyqırımı”nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq”

Gunaz.tv
Namiq Tan: “İsrail Knesseti qondarma “erməni soyqırımı”nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq” Tel-Əviv-APA. “İsrail Knesseti qondarma “erməni soyqırımı”nı tanıyarsa, bu qərar Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq”. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, bu bəyanatla Türkiyənin İsraildəki səfiri Namiq Tan çıxış edib. O, ABŞ və Fransada bu məsələnin müzakirəsindən sonra Ankaranın təxirə salınmadan öz səfirlərinin geri çağırdığını xatırladıb. Knesset deputatlarının bu məsələni gündəliyə daxil etmək təşəbbüsünə sərt reaksiya verən səfir prezident Şimon Peresin mövqeyi ilə razı olduğunu deyib: “Bu məsələni müzakirə etmək siyasətçilərin deyil, tarixçilərin işidir. Knessetdə belə bir məsələnin müzakirəyə çıxarılması sanki Türkiyə parlamentində İsrailin Fələstin xalqına qarşı soyqırımı həyata keçirməsi məsələsinin müzakirəsi kimi bir şeydir. Ümidvaram ki, Knesset anlamlı şəkildə Türkiyə ilə tərəfdaşlıq münasibətlərini korlamayacaq”. Namiq Tan ermənilərin məqsədyönlü şəkildə Türkiyə-İsrail münasibətlərinə kölgə salmaq istədiyini bildirib və Ankara-Bakı-Yerusəlim strateji alyansının yaradılmasının vacibliyindən söhbət açıb: “Artıq iki ildir ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri fəaliyyət göstərir. Biz Azərbaycan neft və qazının İsrailə, oradan isə Aşkelon-Eylat xətti ilə Çin və Yaponiyaya nəqlini arzulayırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar