İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Şahzadə Abdullah uşaq, Mehmet isə gənc ikən vəfat etmişdilər. Mehmetdən sonra onun yerinə yeni varis axtarılmağa başlandı. Taxtın varisləri saf-çürük edilir Qanuni Sultan Süleymanın seçimində Mustafa, Səlim, Bəyazid və Cahangir qalmışdılar. Onların içərisində taxt-taca ən layiqli varis şahzadə Mustafa hesab edilirdi. Amma Hürrəm Sultanın taxt-tacın gələcək sahibi ilə bağlı başqa planları var idi. O, kürəkəni Rüstəm Paşa vasitəsilə şahzadə Mustafanı aradan götürmək barədə plan hazırladı. Hürrəm Sultan hər vasitə ilə sarayda baş adam olmaq istəyirdi və buna isə yalnız oğlu Bəyazidi taxta çıxarmaq yolu ilə nail ola bilərdi. Bu arada artıq qoca olan və günlərini sarayda keçirən Qanuni Süleyman vəzirini orduya komandan təyin edərək, İranla döyüşə göndərdi. Bunu görən şahzadə Mustafanın ətrafındakı Hürrəm Sultana xidmət edən və onun çirkin planlarının icraçısı olan bəzi adamlar: “Atanız qocalıb, amma o sizi öz yerinə taxta çıxarmaq niyyətində deyil. Əgər belə olmasaydı, o sizi ordunun başına komandan qoyaraq İranla döyüşə göndərərdi. Sizin atanızın yerinə taxta çıxmağınıza mane olan isə Rüstəm Paşadır. Onu öldürsəniz, taxt-taca gedən yolunuz açıla bilər”-dedilər. Amma onlar bunun ardınca Qanuni Sultan Süleymanın yanına qaçaraq ona oğlunun atasına qarşı üsyana hazırlaşdığı barədə məlumat verdilər. Bir tərəfdən də Hürrəm Sultanın Mustafanın atasına qarşı üsyana hazırlaşdığı barədə dedikləri ilə şahzadənin yanındakı sadiq adamlarının söylədiklərinin üst-üstə düşməsi sultanın ürəyinə oğlu barədə şübhə toxumları səpmişdi. O tədricən oğlunun onun taxtına göz dikdiyinə və bu məqsədlə ona qarşı hansısa plan hazırladığı barədə deyilənlərə inanmağa başladı. Nəhayət, qərar verdi: şahzadə Mustafa öldürüləcək. O, İrana səfərə hazırlaşdığı barədə şahzadə Mustafaya xəbər göndərərək onu yanına dəvət etdi. Heç nədən xəbərsiz şahzadə Mustafa atasının otağına daxil olar-olmaz, 8 cəllad başının üstünü aldı və o dərhal edam edildi. Şahzadə Mustafa öldürüldükdən sonra orduda çaxnaşma başladı. Bundan narahat olan Qanuni Süleyman oğlunu öldürtməsindən dərin kədərə batdı və onun üçün yas tutmağa başladı. Eyni zamanda o, bu narazılığın səbəbkarı olan Rüstəm Paşanı vəzifəsindən götürtdü və bununla da ordudakı narazılığı, qismən də olsa aradan qaldırmış oldu. Baş verənlərə sevinən Hürrəm Sultan da öz arzusuna çata bilmədi. Şahzadə Mustafanı öldürtdükdən sonra Qanuni Süleyman baş verən olayların arxasında Hürrəm Sultanın dayandığını sövq-təbii anlamağa başlamışdı və ona artıq əvvəlki kimi etibar edə bilmirdi. Bununla belə, yenə də Qanuni Süleymanın Hürrəm Sultanın toruna düşdüyü vaxtlar olurdu. İranla müharibə də sultanın Hürrəmin toruna düşməsi üzündən baş verdi. Amma bütün bunlara baxmayaraq, Hürrəm Sultan öz istəyinə nail ola və oğlunu taxta çıxarmaq arzusuna çata bilmədi. Hürrəm Sultan Qanuni Süleymandan əvvəl öldü və onun ölümü ilə Bəyazidin taxta çıxarılması planı da pozuldu. Qanuni Bəyazidin əvəzinə Səlimi taxt-tacının varisi elan etdi. Bunu görən Bəyazid vaxtilə anasının hazırladığı plana əsasən, qardaşı Səlimi aradan götürmək üçün hərəkətə keçdi. Ancaq Qanuni Süleyman dərhal bundan xəbər tuturaq, Bəyazidi ələ keçirtdi və edam etdirdi. Beləliklə, Bəyazid anasının taxt-tacı ələ keçirmək hərisliyinin qurbanı oldu. Qeyd edək ki, şahzadə Mustafanı öldürtməsini Qanuni Süleyman ömrünün sonuna kimi özünə bağışlaya bilmədi. Bu hadisədən sonra tez-tez özünə qapılaraq səhvinin ağrısını yaşayırdı. Keçirdiyi mənəvi əzablar nəticəsində sultan ürək xəstəliyinə tutulmuşdu. Sultan və Hürrəm yay aylarını İstanbulda, qış aylarını isə Ədirnədəki Qavak sarayında keçirirdilər. Hürrəmin fitnə-fəsadları İranla savaş, polyaklarla barış Qanuni Süleymanın yanında olaraq çox vaxt onun verdiyi siyasi qərarlarla yaxından maraqlanan Hürrəm tezliklə bu işdə öz məharətini göstərməyə başladı. 1547-ci ildə taxt-tac savaşında Osmanlıdan yardım almaq üçün İstanbula gələn İran şahzadələri Burhan Əli və Əlkaz Mirzə böyük təntənə ilə qarşılanmışdı. Bununla da Hürrəm Sultan İranla Türkiyə arasında narazılıq yaratmaq məqsədi güdmüşdü. 1548-ci ildə isə o, Qanuni Sultan Süleymanı İranla savaşa təhrik etmişdi. Əslində sultanı İranla savaşa təhrik etməklə Hürrəm padşahı saraydan uzaqlaşdırmaq və bununla da Manisadakı oğlu Səlimin dövlət idarəçiliyində daha çox təcrübə qazanmasına yardım etmək istəyirdi. O, 20 ay müddətində sultanın hərbi səfərdə olmasına nail oldu və bu müddət ərzində saraydan ölkəni idarə edərək, bir sıra tədbirlər həyata keçirdi. Hürrəm Sultan bunun ardınca özü ilə eyni soydan olan lexler (polyak) və ruslarla Qanuni Süleymanın sülh anlaşması imzalamasına nail oldu. O bununla da lexlərlərə və ruslara böyük xidmət göstərmiş oldu. Çünki bu anlaşmaların imzalanması ilə Qanuni qədim turk yurdu olan Həştərxanın və ətrafının tamamılə, Krımın isə bir hissəsinin rusların əlinə keçməsinə imkan verdi. Hürrəmin də sonu çatdı Osmanlı sarayını qana boyayan və addımbaşı fitnə-fəsad toxumu səpərək ölkəyə ağır zərbələr vuran, dünya tarixində ən adil hökmdarlardan biri kimi tanınan Qanuni Sultan Süleymanı belə, yolundan çıxararaq onu öz oğlunu öldürməyə təhrik edən Hürrəm Sultan ağır xəstələnmişdi. O, sarayda rahatlıq içində yaşamasına, aclıq və soyuq nə olduğunu bilməməsinə baxmayaraq, vərəm xəstəliyinə tutulmuşdu. Görünür, günahsız edama göndərdiyi insanların, xüsusilə Osmanlının parlamaqda olan gənc və cəsur sərkərdəsi, özünü müdrik bir dövlət xadimi kimi aparmağı bacaran və buna görə həm xalq, həm də ordu içində böyük nüfuz qazanan şahzadə Mustafanın və heç nədən edama göndərdiyi vəzir İbrahimin ahları Hürrəm Sultanı tutmuşdu. 1558-ci ildə Hürrəm Sultanın xəstəliyi daha da şiddətlənir. Bunu görən həkimlər onun İstanbula aparılmasını məqsədəuyğun bildilər. Ağır xəstəlikdən sonra 1558-ci il aprel ayının17-də Hürrəm Sultan Bəyaziddəki sarayda vəfat etdi. Cənazə namazı Osmanlının tanınmış din alimlərindən olan Əbusuud Əfəndi tərəfindən qıldırıldı. Hürrəm Sultan Süleymaniyyə camisinin bağçasında dəfn edildi. Beləliklə, Osmanlının ən qüdrətli dönəmlərindən birində kölə kimi İstanbula gətirilən və talenin qisməti ilə sultan sarayına düşən, ancaq ağlı, zəkası ilə Qanuni Sultan Süleyman kimi qüdrətli bir Osmanlı hökmdarının həyat yoldaşı olmağı bacaran, eyni zamanda ölkənin daxili və xarici siyasətində müəyyən qədər təsiri olan, nəhayət, saraya intriqa və fəsad toxumu səpən bu qadın Osmanlı tarixində özünəməxsus qanlı bir iz buraxdı. Həm sultan, həm də aşiq Həyatın qəribə oyunları var və hətta dünyanın ən məşhur, müdrik insanları belə, “səhv” buraxaraq bu oyunlardan özlərini sığortalaya bilmirlər. Qanuni Sultan Süleyman da özü bilmədən bu oyunların oyunçusuna çevrildi və incə, zərifxislətli bir qadının onu idarə etməsindən, onun çaldığına oynamaqdan imtina etməyə özündə iradə tapa bilmədi. Niyə? Bu sualın cavabını Qanuni Süleymanın əslən ukraynalı (polşalı) olan, adı sonralar tədqiqatçılar tərəfindən gah Anastasiya, gah O(A)leksandra, gah da Roksalana kimi çəkiləcək, Qərbdə isə Osmanlı sarayının kraliçası kimi xatırlanacaq Hürrəm Sultanı sonsuz məhəbbətlə sevməsində axtarmaq lazımdır. Bu sonsuz sevgi, adı tarixə Avropanı fəth edən hökmdar kimi düşən Qanuni Sültan Süleymanı dövrünün adət-ənənələrini pozaraq saraya kölə kimi gətirilən bir qadınla nikaha girməyə məcbur etdi. Ona görə də sarayda Hürrəmin hansısa caduya əl ataraq sultanı özünə bağladığı barədə şayiələr yayılmışdı. Amma əslində Qanunini Hürrəmə bağlayan ona olan sevgisi idi. Təsadüfi deyil ki, Qanuni Sultan Süleymanın Hürrəmlə tanışlığı onun mirzəsi tərəfindən belə təsvir edilmişdi: “Dünyanın ən möhtəşəm şəhərlərindən olan İstanbulda o (sultan), gözəlliyi ilə məşhur olan çərkəz, həmçinin gürcü qızlarının önündə qərib addımlarla çox dolaşdı. Gözləri qəfildən bir qıza sataşdı. Bu qızın üzündə heç rast gəlmədiyi bir gözəllik gördü. Şirin-şirin gülməsi, yaşıl gözləri, uzun kirpikləri vardı. O, heç gözləmədiyi halda bu gözlərə təslim oldu”. Evlənəndən sonra da bu eşq davam etdi. Padşah səfərdə olarkən bu eşq kağızlara töküldü. Qanuni Hürrəmə “Mühibbi” təxəllüsü ilə qəzəllər yazırdı. Hürrəm Sultan da Qanuniyə yazdığı məktublarında ona “mənim padşahım, sultanım, iki gözümün nuru, dövlət günəşim, səadətimin şahı” deyə müraciət edirdi. Hürrəmin Qanuni Sultan Süleymana məktublarından bəzi sətirlər: “Sevgili padşahım, üzümü yerə qoyaraq xoşbəxtliyimin taxtı olan ayağınızın torpaqlarını öpdükdən sonra... Mənim dövlətimin günəşi və səadətimin sərmayəsi sultanım, əgər bu ayrılıq atəşinə yanmış, ciyəri kabab, sinəsi xarab, gözləri yaşla dolu, gecəsi-gündüzü dərdli, qəmli, həsrət dəryasına qərq olmuş, biçarə, Fərhad və Məcnundan betər eşqə düçar olan kölənizin halını xəbər alsanız, sultanımdan ayrı düşəli bülbül kimi ah və fəryadım dayanmayıb. Ayrılıqdan dolayı elə bir haldayam ki, Allah kafirlərə də bu halı qismət etməsin”. Hürrəmin məktubda yazdığı bu sözlərdən sonra Sultanın əsir-yesir olmaması, onu bir könüldən min könülə sevməməsi mümkün deyildi. Sultanın Hürrəmə cavab məktubları da insanın ürəklərini titrədən ülvi sözlərlə dolu idi. Sultanın Hürrəmə məktubundan: “Mənim parıldayan ayım, can dostum, ən yaxınım, gözlərimin şahı sultanım. Həyatımın, yaşamamın səbəbi, cənnətim, Kevsər şərabım, baharım, sevincim, günlərimin mənası, mənim gülən gözlərim, sevinc qaynağım, könlümdəki Misirin sultanısan. İstanbula, bütün Anadolu və Rum ölkəsinə bərabər sevgilimsən”. Sultanın bütün məktubları belə sözlərlə dolu idi. zaman
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb