SON XƏBƏRLƏR

Tehran beynəlxalq təzyiqlərə cavab verməyə hazırlaşır

2021.10.20, 07:36
Tehran beynəlxalq təzyiqlərə cavab verməyə hazırlaşır

Gunaz.tv
Tehran beynəlxalq təzyiqlərə cavab verməyə hazırlaşır 190_iran_nuclear-april-21_1.jpg İran rəsmilərinin bildirdiyinə görə, Tehran uran zənginləşdirilməsinə göstərilən beynəlxalq təzyiqlərə cavab verməyə hazırlaşır. Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Xaviyer Solanaya bununla bağlı məktub çatdırılmalıdır. Fransanın xəbər agentliyi İran rəsmilərinə istinadən bildirir ki, onlar müzakirələrə münasibətin danışıqlara ziyan vurduğundan narahatdırlar. Məktub Rusiya, Çin, ABŞ, Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirlərinə də təqdim ediləcək. Bu gün Röyter xəbər agentliyi NATO-nun baş katibi Yap De Hup Sxefferə istinadən bildirib ki, o, BMT-nin Təhlükəsizlik Şurasının gələcək sanksiyalarının baş tutmayacağından narahatdır.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar