SON XƏBƏRLƏR

Gürcüstanın MDB-dən çıxması rəsmiləşdi

2021.10.20, 07:36
Gürcüstanın MDB-dən çıxması rəsmiləşdi

Gunaz.tv
Gürcüstanın MDB-dən çıxması rəsmiləşdi gurcu_bayragi.jpg Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirləri Şurasının dünən Bişkekdə keçirilən iclasında Gürcüstanın bu qurumda üzvlüyünün və Abxaziyada sülhün qorunması üzrə kollektiv qüvvələrin fəaliyyətinin dayandırılması barədə texniki qərar verilib. APA-nın məlumatına görə, iclasda çıxış edən MDB icra katibi Sergey Lebedev deyib ki, Gürcüstanın qurumdan çıxması təşkilatın dağılması üçün səbəb olmayıb, iclasda hansısa digər ölkənin nümayəndəsi MDB-dən çıxmaq barədə bəyanat verməyib. O, digər MDB ölkələrinin Gürcüstanla xoş qonşuluq və konstruktiv münasibətlərin bərpa olunmasında maraqlı olduğunu deyib. S.Lebedev, həmçinin, bəyan edib ki, MDB-nin qapıları Gürcüstan üçün bağlı deyil, əgər ölkə rəhbərliyi MDB-yə qayıtmaq barədə qərar versə, bu məsələ müsbət həll olunacaq. Icra katibinin sözlərinə görə, Gürcüstan MDB-nin sənədlərində maraqlarına cavab verən iştirakını davam edəcəyini bildirib. Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. фяфвдшй

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar