SON XƏBƏRLƏR

TƏBRİZ, İSFAHAN və TEHRANIN ZƏRGƏR BAZARLARI TƏTİLƏ BAŞLAYIB

2021.10.20, 07:36
TƏBRİZ, İSFAHAN və TEHRANIN ZƏRGƏR BAZARLARI TƏTİLƏ BAŞLAYIB

Gunaz.tv
TƏBRİZ, İSFAHAN və TEHRANIN ZƏRGƏR BAZARLARI TƏTİLƏ BAŞLAYIB TƏBRİZ, İSFAHAN və TEHRANIN ZƏRGƏR BAZARLARI TƏTİLƏ BAŞLAYIB 2008-10-09 - 19:01:00 İran hökumətinin vergiləri artırmasına etiraz edən Təbriz, İsfahan və Tehranın zərgərləri tətilə başlayıblar. «Media forum» saytının məlumatına görə, zərgərlər 3 faizlik yeni verginin ləğvini tələb edirlər. Zərgərlər deyirlər ki, vergini ödəməli olsalar, əvəzində malın qiymətini qaldırmaq məcburiyyətində qalacaqlar, bu isə müştərilərin itirilməsinə gətirib çıxaracaq. Tehranın zərgərlər bazarında işləyən bir zərgər jurnalistlərə açıqlamasında deyib: «Biz illik qazancımızın 25-30 faizini hökumətə vergi veririk. İndi bu 3 faizin artırılması ilə həm satıcıya və həm müştərilərə ikiqat zərər gətirəcək. Bu isə bizim heç birimizin xeyrinə deyil». Zərgərlər yeni vergi ləğv olunmayana qədər tətili davam etdirəcəklərini bildiriblər. Son məlumatlara görə, kütləvi tətillərdən ehtiyatlanan hökumət rəsmiləri zərgərlərin nümayəndələri ilə görüşdə hökumətin yeni vergi layihəsini üç ay müddətinə dayandırmağa hazır olduğunu bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar