SON XƏBƏRLƏR

Gələn həftə Qazaxıstan neftinin BTC ilə ixracına start veriləcək

2021.10.20, 07:36
Gələn həftə Qazaxıstan neftinin BTC ilə ixracına start veriləcək

Gunaz.tv
3141.jpg Qazaxıstan neftinin noyabrın ortalarında Ceyhan limanında tankerlərə yüklənməsinə başlanacaq Qazaxıstanın «Tengiz» yatağında hasil olunan neftin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixracına start veriləcək. BP şirkətinin veb-saytına istinadən verilən məlumata görə, oktyabrın ikinci yarısından kəmərə vurulacaq Qazaxıstan neftinin noyabrın ortalarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında tankerlərə yüklənməsinə başlanacaq. Bununla yanaşı şirkətin məlumatında bildirilir ki, bu əməliyyat Azərbaycanın «Azəri-Çıraq-Günəşli» strukturunda baş verən qəza ilə birbaşa əlaqədar deyil: «Bu kəmərdə həmişə əlavə neft həcmləri üçün boş yer olub». Şirkət mütəxəssislərinin sözlərinə görə, «Tengiz»də hasil olunan xam neftin kəmərlə nəql edilən xammalın ümumi həcmində payının az olması son nəticədə Ceyhandan satılan daha keyfiyyətli Azərbaycan neftinin (Azeri Light) tərkibində ciddi dəyişikliklərə səbəb olmayacaq. Eyni zamanda, Britaniya şirkətində «Azəri-Çıraq-Günəşli» blokundan ixracın dekabra qədər tam həcmdə bərpa olunmayacağı ehtimalını istisna etmirlər. Xatırladaq ki, ötən ayın ortalarında bu strukturda istismar olunan «Qərbi Azəri» və «Mərkəzi Azəri» platformaları yaxınlığında suda qaz sızıntısı aşkarlanıb və bununla bağlı həmin platformalarda hasilat dayandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar