SON XƏBƏRLƏR

Türkiyənin də öz "bufer"i olacaq

2021.10.20, 07:36
Türkiyənin də öz "bufer"i olacaq

Gunaz.tv
Türkiyənin də öz "bufer"i olacaq Ankara İraq ərazisində təhlükəsizlik zolağı yaradır dunya.jpg Türkiyə parlamenti sərhəddən kənar hərbi əməliyyatların həyata keçirilməsi mandatını bir il müddətinə uzadıb. Oktyabrın 17-də başa çatmalı olan mandatın uzadılmasını hökumət təklif edib və bunun üçün Türkiyə Böyük Millət Məclisinə müraciət ünvanlayıb. Türkiyə ordusu ötən ilin dekabrından indiyədək terrorçulara qarşı 29 hərbi əməliyyat həyata keçirib və kürd separatçılarının sığındığı ərazilərə əsasən havadan zərbələr endirilib. Məlumatı parlamentdəki səsvermədən əvvəl dövlət naziri Cəmil Çiçək verib. Hərbi əməliyyatlar üçün mandatın uzadılması təklifini ölkə müxalifəti də dəstəkləyib. Bir sıra müxalif siyasi qüvvələr, xüsusilə, Milliyyətçi Hərəkat Partiyası İraqla sərhəddə təhlükəsizlik bölgəsinin yaradılmasını və kürd silahlılarının Türkiyə ərazisinə keçməsinin qarşısının alınmasını təklif edib. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq bildirib ki, Türkiyə Silahlı Qüvvələri bufer zonanın və ya təhlükəsizlik zonasının yaradılmasının vacibliyini müəyyənləşdirəcəklər. Çexiyanın baş naziri ilə görüşən Ərdoğan bununla bağlı hökumətin müvafiq iclasının keçiriləcəyiini söyləyib. Xatırladaq ki, PKK terror təşkilatının Türkiyə ərazisində həyata keçirdiyi təxminən 25 illik separatçılıq aksiyaları nəticəsində 40 min nəfərdən artıq insan şəhid olub. PKK-nı BMT, ABŞ və Avropa Birliyi terrorçu təşkilat kimi tanıyıb. Ötən gün isə Türkiyənin Diyabəkir vilayətində terrorçuların hücumuna məruz qalan avtobusda ölənlərin sayı 5-ə çatıb. "CNN Türk"ün yaydığı məlumata görə, Diyarbəkir Əli Qaffar Okkan adına polis məktəbinin polis müəllimlərini daşıyan avtobus Əziziyə məhəlləsindən keçərkən terrorçuların hücumuna məruz qalıb. Hücum nəticəsində avtobusun sürücüsü və 4 polis şəhid olub, 23 nəfər isə yaralanıb. Yaralılar Diyarbəkir vilayətinin müxtəlif xəstəxanalarına çatdırılıb. Bəzi yaralıların vəziyyəti ağırdır. Hücumun baş verdiyi ərazidə partlamamış qumbara tapılıb. Diyarbəkir valisi Hüseyn Avni Mutlu və polis rəisi Zeki Çatalkaya hadisə yerinə baxış keçirib və yaralıları ziyarət ediblər. Terrorçuların yaxalanması üçün ərazidə əməliyyatlar başlayıb və onların getməsi güman edilən bütün yollarda reydlər keçirilir. Evlərdə axtarış aparmaq üçün qərar da qəbul edilib. "Bütün əməkdaşlarımız evlərdə və şübhəli şəxslərin üstündə axtarış keçirə bilər!" anonsu verildiyi bildirilib. İki polis helikopteri də əməliyyatlara havadan dəstək verir. Hücum vaxtı istifadə olunan qırmızı avtomobil axtarılır və artıq şübhəlilərdən ikisinin fotorobotu hazırlanıb. Son məlumatlara görə, Türkiyənin Diyarbəkr vilayətində polisləri daşıyan avtobusa odlu silahla hücum edən PKK terrorçuları tutulublar. Tutulanların sayı və şəxsiyyəti barədə heç bir açıqlama verilməyib. Türkiyə daxili işlər naziri Bəşir Atalay əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar