SON XƏBƏRLƏR

Rusiya İran üçün helokopter istehsal edəcək

2021.10.20, 07:36
Rusiya İran üçün helokopter istehsal edəcək

Gunaz.tv
Rusiya İran üçün helokopter istehsal edəcək helikopter Moskva bu məqsədlə 100 milyon dollar kredit ayırıb İranın Rusiyadan çoxfunksiyalı helikopter alacağı bildirilir. qaynar.info-nun İran mediasına istinadən verdiyi xəbərə görə, Rusiya helikopter şirkəti, razılaşmanın imzalanacağı təqdirdə İran üçün helikopter istehsal edəcək. Helikopter şirkətinin prezidenti Roman Çernışev, bu helikopterlərin hərbidən daha çox, dinc məqsədli olduğunu söyləyib. Çernışev, "Ka-226" modelli çoxməqsədli helikopterlərin istehsalı üçün hökumətdən 100 milyon dollar kredit alındığını da qeyd edib. Helikopterlərin 8 şəxsi heyət və 1,5 ton yük tutumu var. Onlardan araşdırma, xilasetmə və kəşfiyyat məqsədləri üçün istifadə edilməsi mümkündür. Qeyd edək ki, yayılan başqa bir məlumatda, İranın 100-dən çox Tu-2004 modelli ortatutumlu sərnişin təyyarəsinin alışı üçün də başqa bir Rus şirkətiylə müqavilə imzalandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar