SON XƏBƏRLƏR

BİN LADENİ İKİ DƏFƏ HƏBS ETMƏK ŞANSI OLUB

2021.10.20, 07:36
BİN LADENİ İKİ DƏFƏ HƏBS ETMƏK ŞANSI OLUB

Gunaz.tv
BİN LADENİ İKİ DƏFƏ HƏBS ETMƏK ŞANSI OLUB binladin1.jpg BİN LADENİ İKİ DƏFƏ HƏBS ETMƏK ŞANSI OLUB “əl-Qaidə” liderini axtaran məxfi bölmənin komandiri sensasion faktlar açıqlayıb ABŞ ordusunun “əl-Qaidə” lideri Üsəma bin Ladenin axtarılması və məhv edilməsi üçün ayrılmış xüsusi təyinatlı, məxfi “Delta” bölməsinin keçmiş komandiri sensasiyalı sayıla biləcək məlumatlar açıqlayıb. Amerika telekanallarından birinə üzüqapalı şəkildə şərti ad altında müsahibə verən komandir deyib ki, onun başçılıq etdiyi bölmə iki dəfə bin Ladeni tapıb, lakin hər dəfə görünməyən əllər “əl-Qaidə” liderini məhv etməyə imkan verməyib. “The Daily Mail” qəzetinin yazdığına görə, keçmiş “Delta” komandiri bildirib ki, onlar 2001-ci ildə Amerika qoşunlarının Əfqanıstana daxil olmasından sonra iki dəfə bin Ladenə və onun ətrafına bilavasitə yaxınlaşa biliblər. Birinci dəfə belə hadisə Tora-Bora mağaralarında olub. “Bizim vəzifəmiz onu məhv etmək idi, çünki heç kim bin Ladeni Amerikaya aparıb onun üzərində məhkəmə qurmağa həvəsli deyildi. Mərkəzi Kəşfiyyat İdarəsi radiosiqnallar və digər kəşfiyyat vasitələri ilə bin Ladenin Tora-Boradakı yerini dəqiq müəyyən etmişdi. Dərhal bizim qüvvələr Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı bölmələri ilə avtomobillərlə həmin bölgəyə aparıldı. Əmr verilmişdi ki, bin Laden öldürülsün, cəsədi isə əfqanlara buraxılsın. Lakin son anda hansısa qüdrətli əl ”əl-Qaidə" liderini məhv etmək planını dayandırdı". Keçmiş komandir deyib ki, bir müddət sonra onlar ikinci dəfə bin Ladenin yerini müəyyən edə biliblər. Məlum olub ki, bin Laden bir qrup mühafizəçisi ilə birlikdə Pakistan sərhədlərinə doğru gedir. “Biz onun Pakistan sərhədlərinə doğru gedən dəstənin arasında olduğunu dəqiq müəyyən etmişdik. Dərhal dəstənin keçdiyi yola yüzlərlə fuqas bombasının atılması haqda plan hazırlandı. Lakin son anda bu plan da dayandırıldı, səbəbi isə bizə məlum olmadı.” Keçmiş “Delta” komandiri deyib ki, “əl-Qaidə” liderini birbaşa hücumla məhv etmək cəhdi isə baş tutmadı, çünki əfqan qüvvələri onlara kömək etməyə həvəsli deyildi. “Bir dəfə bin Laden mənim bölməmdən cəmi 2 kilometr məsafədə idi. Lakin bu dəfə də mən müstəqil şəkildə onu məhv etmək üçün qərar qəbul edə bilmədim. Bu hadisə mənə hələ də əzab verir.” Komandir deyib ki, bombardmanlardan biri zamanı bin Laden çiynindən qəlpə yarası alıb, onu yerli əfqan qəbilələrindən biri gizlədib və müalicə edib. Daha sonra bin Laden Pakistana keçib. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar