SON XƏBƏRLƏR

PKK-çılar AZƏRBAYCANI HƏDƏLƏDİ

2021.10.20, 07:36
PKK-çılar AZƏRBAYCANI HƏDƏLƏDİ

Gunaz.tv
pkk.jpg “Ölkə Türkiyənin gününə salına bilər”! [1] kurdistan-post… “Yeni Müsavat” barədə də həqarət yayıb! Bir qədər əvvəl PKK simpatizanı kimi tanınan “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman barədə xəbər vermişdik. Xəbərdə qeyd etmişdik ki, “Yeni Müsavat”da gedən yazılardan sonra “Diplomat” qəzetinin Azərbaycan nəşriyyatında çapı dayandırılıb, Tahir Süleyman isə qəzetini dərc etmək üçün Tiflisə getməyə məcbur olub. T.Süleyman və “Diplomat”ın Azərbaycandan didərgin salınması isə deyəsən, onun havadarlarını qəzəbləndirib. Bunu [2] kurdistan-rost… saytında dərc edilmiş yazı da sübut edir. Və maraqlısı odur ki, sayt “Yeni Müsavat”a qarşı kin-küdurətini açıq şəkildə bildirir. Sayt müəlliflərinin yazdığına görə, Tahir Süleyman Azərbaycanda milliyyətçi mətbuatın bir nömrəli düşmənidir. “Əsasən də Müsavat qəzetinin”. (Əslində söhbət “Yeni Müsavat”dan gedir - E.M.) Müəllif daha sonra yazır: “Bu qəzetin işçiləri ”Diplomat” qəzetinin yayıldığı yerlərə gedir, çap olunduğu mətbəəyə baş çəkir, qəzetin bağlanmasını tələb edirlər. Nədən? Məqsədləri odur ki, “Diplomat” qəzeti çap olunmasın. “Müsavat” yazır ki, Azərbaycan türk dövlətidir. PKK da türk dövlətlərinə qarşı silahlanmış terror hörgütüdür. Və buna görə heç bir özəl mətbəə qəzeti çap etməməlidir. “Müsavat” nədən problem çıxarır. Azərbaycanı da Türkiyənin gününəmi salmaq istəyirlər?” Müəlliflərin qudurğanlığı hətta o həddə çatıb ki, onlar Azərbaycan iqtidarına “Yeni Müsavat”ın yayımına son qoymaq barədə çağırış etməkdən belə çəkinmirlər. Hələ siz Tahir Süleymanla bağlı sığortalayıcı ifadələrə fikir verin. Sitat: “Tahir Süleymanın təhdid edilməsindən bərk narahatıq. Onun başına bir iş gələcəyi təqdirdə buna cavabdeh ”Müsavat” qəzeti və onun dəstəklədiyi siyasi qurum olacaq”.musavat.baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar