SON XƏBƏRLƏR

Tiflis Cənubi Osetiya münaqişəsilə bağlı Bakının mövqeyindən razıdır

2021.10.20, 07:36
Tiflis Cənubi Osetiya münaqişəsilə bağlı Bakının mövqeyindən razıdır

Gunaz.tv
Səfir Vasil Sixarulidze: "Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində dəstəkləyir" Turqut Gürcüstan dövləti Cənubi Osetiya münaqişəsilə bağlı Azərbaycanın tutduğu mövqeyindən razıdır. Bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Vasil Sixarulidze bildirib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstan üçün çox mühüm tərəfdaş və yaxın dost ölkə hesab olunur: "Bizim çox əla ikitərəfli münasibətlərimiz var və bu gələcək üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan bir yerdə işləməkdə davam edəcək". Vasil Sixarulidze Gürcüstanda baş verən böhran vaxtı Azərbaycan hökumətindən ölkəsinə böyük dəstək olduğunu söyləyib: "Hazırda Gürcüstanla Azərbaycan arasında münasibətlər dərinləşməyə doğru gedir. Analitiklərin Azərbaycan-Gürcüstan münasibətləri haqqında nə deməsindən asılı olmayaraq, sizin ölkə bizim üçün çox yaxın dost və tərəfdaşdır. Çalışacağıq ki, gələcəkdə də həm Gürcüstan, həm də Azərbaycan birgə əməkdaşlıqda maraqlı olsunlar". Diplomat Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində dəstəklədiyini də vurğulayıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar