SON XƏBƏRLƏR

AZƏRBAYCAN, RUSİYA və ERMƏNİSTAN NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB

2021.10.20, 07:36
AZƏRBAYCAN, RUSİYA və ERMƏNİSTAN NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB

Gunaz.tv
AZƏRBAYCAN, RUSİYA və ERMƏNİSTAN NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB Bu gün Qırğızıstan paytaxtı Bişkekdə Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilib. «Turan» agentliyi Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin yaydığı məlumata istinadla bildirir ki, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan «ATƏT-in Minsk qrupu həmsədrlərinin ümumi səyləri kontekstində» Qarabağ nizamlanmasının gedişatı ilə bağlı məsələləri müzakirə ediblər. Bu görüş MDB dövlət başçılarının Bişkekdəki sammiti çərçivəsində baş tutub. Bu gün başlayan sammitdə MDB-dən çıxdığını bəyan eləmiş Gürcüstanın, eləcə də Azərbaycan və Ukrayna dövlət başçıları iştirak etmir. Rəsmi Bakı toplantıda baş nazir Artur Rəsizadə, Kiyev isə Milli Təhlükəsizlik Şurasının katibi Raisa Boqatıreva səviyyəsində təmsil olunub. Toplantıda 20 məsələ müzakirə ediləcək. Onların arasında 2020-ci ilə qədər iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi strategiyası, humanitar və iqtisadi sferaya dair məsələlər də var. Gündəlikdə əsas diqqət isə MDB dövlətlərinin təhlükəsizliyinin təmin olunması məsələsinə ayrılıb. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar