SON XƏBƏRLƏR

UKRAYNADA AZƏRBAYCANLINI ÖLDÜRƏN MİLİSLƏR İŞDƏN ÇIXARILDILAR . Soydaşımızın işgəncə nəticəsində dünyasını dəyişməsi təsdiqləndi

2021.10.20, 07:36
UKRAYNADA AZƏRBAYCANLINI ÖLDÜRƏN MİLİSLƏR İŞDƏN ÇIXARILDILAR . Soydaşımızın işgəncə nəticəsində dünyasını dəyişməsi təsdiqləndi

Gunaz.tv
UKRAYNADA AZƏRBAYCANLINI ÖLDÜRƏN MİLİSLƏR İŞDƏN ÇIXARILDILAR Soydaşımızın işgəncə nəticəsində dünyasını dəyişməsi təsdiqləndi Ukraynanın Kirovoqrad şəhərində yaşayan 38 yaşlı azərbaycanlı Bəşarət Qurbanovun milis şöbəsində işgəncə verilərək öldürülməsi faktı təsdiqlənib. APA-nın məlumatına görə, mərhumun həyat yoldaşı, 38 yaşlı Lyudmila Şramenko milis işçilərinin cinayətkar əməlləri ilə əlaqədar Kirovoqrad vilayət prokurorluğuna ərizə ilə müraciət edib. Ərizədə Bəşarət Qurbanovun ölümündə əli olan milis işçilərinə qarşı cinayət işi başlanması tələb olunur. O, milis işçilərinin Bəşarət Qurbanova işgəncə verdiklərini, ərinin ürək çatışmazlığından deyil, fiziki təzyiqlər nəticəsində öldüyünü bildirib: “Məhkəmə-tibbi ekspertizasının verdiyi rəyə inanmıram. Rayon milis şöbəsində olan zaman istintaq keçirilən otaqdan ərimin qışqırtı səsləri gəlirdi. Bəşarət hələ uşaqlıqdan ikinci qrup əlil olub. O, hər il tibbi komissiyadan keçirdi. Onun ürəklə bağlı probleminin olmadığına dair əlimdə həkimlərin verdiyi arayış var”. Ukrayna Azərbaycanlıları Konqresinin Kirovoqrad regional bölməsinin rəhbəri Vilayət Məmmədov da soydaşımızın işgəncələr nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib: “Bəşarət Kirovoqrad bazarında baş verən atışmada iştirak etməyib. Onu həyat yoldaşı ilə bağlı milis idarəsinə aparıblar, bir neçə saat dindiriblər. Bəşarət istintaqda vəkilin iştirak etməsini istəsə də, buna imkan verilməyib. Onun xanımı bildirir ki, Bəşarət milis idarəsinə aparılan zaman tamamilə sağlam olub. Həmin gün axşam bizə xəbər verdilər ki, Qurbanov dindirmə zamanı müstəntiqin otağında dünyasını dəyişib”. Vilayət Məmmədovun sözlərinə görə, cəsədə baxışda iştirak edən azərbaycanlılar Bəşarət Qurbanovun bədənində çoxlu sayda yara və qanaxma yerlərinin olduğunu deyiblər: “Onun kürəyində, ayaqlarında, boynunda və barmaqlarında çoxlu sayda əziklər olub. Biz hesab edirik ki, o istintaqda üzləşdiyi fiziki təzyiqlər nəticəsində dünyasını dəyişib”. Kirovoqrad vilayət daxili işlər idarəsindən verilən məlumata görə, faktla bağlı xidməti təhqiqat aparılır. Yoxlamanın nəticələrinə uyğun olaraq Bəşarət Qurbanovu dindirən müstəntiqlər, həmçinin Kirovoqrad daxili işlər idarəsinin Kirov rayon bölməsinin rəisi Vladislav Baranov vəzifəsindən azad edilib. Təhqiqat davam edir. Ukrayna mətbuatının yazdığına görə, bir neçə ay əvvəl Kirovoqradda yaşayan daha bir azərbaycanlı - Nadir Məmmədov milis şöbəsində üzləşdiyi işgəncələr nəticəsində şikəst olub. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar