SON XƏBƏRLƏR

ABDULLAH GÜL MOSKVAYA GEDƏCƏK . Dmitri Medvedyevin isə Bakıya gələcəyi gözlənilir

2021.10.20, 07:36
ABDULLAH GÜL MOSKVAYA GEDƏCƏK . Dmitri Medvedyevin isə Bakıya gələcəyi gözlənilir

Gunaz.tv
ABDULLAH GÜL MOSKVAYA GEDƏCƏK Dmitri Medvedyevin isə Bakıya gələcəyi gözlənilir 2769.jpg Türkiyə prezidenti Abdullah Gül bu ilin dekabrında Moskvaya səfər edəcək. Türkiyənin Rusiyadakı səfiri Xəlil Akıncı bu haqda məlumat verib. Onun bildirdiyinə görə, səfər zamanı ikitərəfli münasibətlərə dair bütün kompleks məsələlərin müzakirəsi planlaşdırılır. “Dünyadakı maliyyə böhranı da diqqət mərkəzində olacaq”. Səfir deyib ki, Gülün Moskvada aparacağı danışıqlar zamanı Cənubi Qafqazdakı durum, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və Türkiyənin irəli sürdüyü “Qafqaz platforması” da müzakirə edilə bilər. Xatırladaq ki, bu ilin avqustunda baş nazir Rəcəb Tayyib Ərdoğan Moskvada səfərdə olub. Səfir Akıncı deyib ki, Rusiya ilə Türkiyə arasında terrora qarşı da əməkdaşlıq var: “Lakin Rusiya PKK-nı terror təşkilatı kimi tanısa, bu, əməkdaşlığı daha da dərinləşə bilər”. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycandakı seçkilərdən sonra Bakıya səfər edə biləcəyi haqda xəbərlər yayılıb. Xatırladaq ki, Azərbaycan prezidenti bu yaxınlarda Moskvada səfərdə olub. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar