SON XƏBƏRLƏR

Rusiya Saakaşvilini öldürməyə hazırlaşır? . Gürcü KİV-i "sui-qəsd planı"nın üstünü açdı

2021.10.20, 07:36
Rusiya Saakaşvilini öldürməyə hazırlaşır? . Gürcü KİV-i "sui-qəsd planı"nın üstünü açdı

Gunaz.tv
Rusiya Saakaşvilini öldürməyə hazırlaşır? Gürcü KİV-i "sui-qəsd planı"nın üstünü açdı 16_101008.jpg Rusiya xüsusi xidmət orqanları Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı terror aktı hazırlayırlar. Lent.az-ın məlumatına görə, belə bir məqalə ilə Gürcüstanın bir çox KİV-i, o cümlədən "Naşa Abxaziya" saytı çıxış edib. Sayt "Abxaziyanın kriminal rejiminin rəhbərlərindən birinə" istinad edir. İddiaya görə, həmin adam Soçidə Rusiya ordusunun Baş Kəşfiyyat İdarəsinin rəhbərinin müavini ilə görüşərək Saakaşviliyə sui-qəsd məsələsini müzakirə edib. Həmin versiyaya görə, Saakaşvilini öldürmək əmrini Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev verib. Sui-qəsdi isə Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi həyata keçirməlidir. Gürcüstan KİV-i bildirir ki, bu məsələ ilə FTX-nın Qafqaz idarəsi və Rusiya BKİ-nin beşinci şöbəsi məşğul olur. İddiaya görə, Saakaşviliyə hansısa osetin silahlı qruplaşmasının üzvləri hücum etməlidirlər. Onlar bunu "Sxinvalidə tökülən qanın qisası" kimi qələmə verəcəklər. Gürcü KİV-i bildirir ki, Rusiya 2006-cı ildən başlayaraq 2008-ci ilin mayına qədər Saakaşvilinin öldürülməsini nəzəri cəhətdən müzakirə edib. Bu ilin sentyabrında isə artıq konkret plan üzərində düşünməyə başlayıb. Guya ki, Patruşev sui-qəsdi həyata keçirəcək qrupa noyabr-dekabr ayına hazırlaşmaq göstərişi verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar