SON XƏBƏRLƏR

MDB DÖVLƏT BAŞÇILARININ SAMMİTİ ÜÇ DÖVLƏT BAŞÇISI OLMADAN KEÇİRİLİR

2021.10.20, 07:36
MDB DÖVLƏT BAŞÇILARININ SAMMİTİ ÜÇ DÖVLƏT BAŞÇISI OLMADAN KEÇİRİLİR

Gunaz.tv
MDB DÖVLƏT BAŞÇILARININ SAMMİTİ ÜÇ DÖVLƏT BAŞÇISI OLMADAN KEÇİRİLİR Qırğızıstan paytaxtı Bişkekdə MDB dövlət başçılarının sammiti başlayıb. Sammitdə MDB-dən çıxdığını bəyan eləmiş Gürcüstanın, eləcə də Azərbaycan və Ukrayna dövlət başçıları iştirak etmir. Rəsmi Bakı toplantıda baş nazir Artur Rəsizadə, Kiyev isə Milli Təhlükəsizlik Şurasının katibi Raisa Boqatıreva səviyyəsində təmsil olunub. «Media forum» saytı xəbər verir ki, toplantıda 20 məsələ müzakirə ediləcək. Onların arasında 2020-ci ilə qədər iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi strategiyası, humanitar və iqtisadi sferaya dair məsələlər də var. Gündəlikdə əsas diqqət isə MDB dövlətlərinin təhlükəsizliyinin təmin olunması məsələsinə ayrılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar