İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Türkiyəli sənətçi Qafqaz rəqslərinə heyran olduğunu, Azərbaycanın bütün görməli yerlərini gəzəcəyini deyir Müğənni Çelik Erişçinin APA-ya eksklüziv müsahibəsi - Yaşamaq üçün Azərbaycanı seçməyiniz nə ilə bağlıdır? - Dövlət olaraq Azərbaycanın, ticarət layihələri baxımından isə Bakının gələcəyi çox parlaqdır. Bura gəldiyimdən bəri sadəcə bunu deyirəm ki, yaxın vaxtlarda Bakı Qafqazın Parisi olacaq. Burada çox gözəl ticarət quracağam və gəlişimin əsas məqsədi də budur. - Deyəsən, ticarətə restoran biznesi ilə başlamaq niyyətindəsiniz... - Əslinə qalsa, restoran mənim bu yolda ilk addımımdır. Bakıda həyata keçirmək istədiyim azı 3 layihə var. Hazırda onların üzərində işləyirəm. Bunlardan birincisi otel açmaq, digərləri isə menecerlik və təşkilatçılıqla bağlı layihələrdir. Əsas məqsədimiz buradakı sənətçiləri Türkiyə və dünya miqyasına çıxarmaq, Azərbaycanda isə Türkiyə sənətçilərinin konsertlərini təşkil etməkdir. Ancaq buradakı sənətçilərdə və mediada yanlış anlaşılan bir məsələ var. Onlar yalnız populyar və daha tanınmış olan şəxsləri sənətçi olaraq görürlər. Bu, çox böyük bir xətadır. Burada populyar olmayan çox dəyərli sənətçilər var. Biz onlara da menecerlik etmək fikrindəyik. - Paytaxtımızda saysız-hesabsız restoranlar və otellər fəaliyyət göstərir. Siz bu rəqabətə tam hazırsınızmı? - Rəqabətə hazıram, özü də lap çoxdan. Bu sahədə təcrübəmiz var. Şəxsən mən Türkiyədə çoxsaylı restoranlar işlətmişəm, yəni həmin restoranlara sahiblik etmişəm. Bu sahədə uğur qazanacağıma tam əminəm. Amma işimi buradakı sistemlə aparmayacağam. - Bu işə təkbaşına girişmədiyiniz bəllidir. Ticarət ortağınızın kimliyini açıqlaya bilərsinizmi? - Düzdür, ticarət ortaqlarım var. Ancaq onların kimliyini sirr olaraq saxlamağı lazım bilirəm. Bircə onu deyim ki, Azərbaycanda çoxlu dostlarım var. - Hansı Azərbaycan sənətçiləri ilə əməkdaşlıq etməyi düşünürsünüz? - Bunu hələ dəqiq müəyyənləşdirməmişik. Belələri var, ancaq onları daha çox tanımaq lazımdır. Əsas məsələ səs və sənətdir, bizim üçün başqa meyarlar yoxdur. Mən Qafqaz rəqslərinə heyranam. Burada Qafqaz rəqslərini ifa edən kollektivlərin çıxışlarına baxmaq istəyirəm, onları Türkiyəyə aparmaq arzum var. Amma bizim anladığımız anlamda populyar olmadığı üçün kimsə bu rəqslə maraqlanmır. Burada qalacağım müddətdə yerli sənətçilərin konsertlərinə, rəqs göstərilərinə, opera tamaşalarına, teatrlara, klassik musiqi konsertlərə getmək istəyirəm. Eyni zamanda muzeyləri, kinoteatrları, tarixi abidələri görmək niyyətindəyəm. Qazaxda dövlət başçısının qatıldığı bir konsertdə çıxışım oldu. Oraya gedərkən yol boyunca gördüklərim inanılmazdır. Mən burada Dədə Qorqudun abidəsinin olduğunu bilmirdim. Belə şeylərin hamısını görmək istəyirəm. Yəni daha populyar və göz önündə olan şeylərlə yox, diqqətdən bir az kənarda qalmış məsələlərlə bağlı layihələrim çoxdur. - Azərbaycan və Türkiyə şou-biznesi arasında fərqlər çoxdur. Maraqlıdır, Azərbaycanın şou-biznes aləminə qatılmaq istəyən Çelik buranın, yoxsa Türkiyənin standartlarına üstünlük verəcək? - Tamamilə doğrudur, fərqlər çox böyükdür. Amma bu prinsiplə Türkiyə ilə Amerika və Avropa arasında da fərqlilik çoxdur. Azərbaycanda şou-biznes inkişaf etməlidir. Əslində bütün ölkələrə aid olan daimi kriteriya, ümumi tələblər var. Kimsə dünya səviyyəsinə uyğunlaşmaq istəyirlərsə, həmin tələbələri yerinə yetirməlidir. Mən də həmin ümumi kriteyaları və tələbləri həm ölkəmdə, həm də burada həyata keçirəcəyəm. Bununla da şou-biznesin ümumi yolunu buradakılara öyrətmiş olacağam. - Bu istiqamətdə hər hansı tövsiyələriniz və addımlarınız olacaqmı? - Əlbəttə, olacaq. Bu tövsiyələrimi iş əsnasında verəcəyəm. Amma yaxın vaxtlarda kiçik bir layihə həyata keçirmək istəyirəm. Dərs verəcək bir yer açmaq fikrindəyəm. Bu, əsasən assistentlik kursu olacaq. Media koordinatorluğu və assistentliklə bağlı mütləq bir şeylər etmək lazımdır. Bu sahədə çoxlu çatışmazlıqlar var. Bu əksikliklərin tamamlanması üçün lazımi işlər görülməlidir. Tövsiyə vermək yerinə, bir məktəb açıb öyrətməyi üstün tuturam. - Türkiyə televiziyalarında, maqazin proqramlarında ən az görünən sənətçilərdən birisiniz. Bu, nə ilə əlaqədardır, yoxsa gündəmdə olmaqdan xoşlanmırsınız? - Gündəmlə əlaqəli deyil. Hər bir kəs gündəmdə olmağı çox sevir, mən də bunu xoşlayıram. Ancaq mən səviyyəli şəkildə - işimlə, sənətimlə, ifamla gündəmdə olmağa üstünlük verirəm. Səviyyəsiz bir şəkildə gündəmdə qalmaq mənə yaddır. - İndiyədək iki evliliyiniz olub. İkinci evliliyinizdən bir oğlunuz var. Onu Bakıya gətirmək fikriniz yoxdur ki? - Oğlum Atilla 4 yaşındadır. Hələ çox balaca olduğu üçün buraya gətirmək mümkün deyil. O, anasının yanındadır və artıq məktəbə getmə zamanı yaxınlaşır. İndi onu bura gətirsəm, iş görə bilməyəcəyəm. Yanında mütləq biri olmalıdır. - Burada olduğunuz müddətdə oğlunuz üçün darıxmayacaqsınızmı? - Türkiyəyə tez-tez gedib-gələcəyəm, həftənin bir-iki gününü onunla keçirəcəyəm. Daim yollarda olacağam... - Hər iki evliliyinizin pozulmasına səbəb nə olub? Evliliyə xarakteriniz imkan vermir, yoxsa sənətiniz? - Bizim çox çətin həyatımız var. Kənardan baxanda çox maraqlı, cəlbedici, arzu edilən bir həyat kimi görünə bilər, amma göründüyü kimi deyil. Bir qadınla bərabərliyi davam etdirərkən, işində-gücündə olmaq həqiqətən çox çətindir. Məsələn, hansısa xanım sənətçi ilə konsert üçün birgə turneyə çıxmaq birlikdə olduğun qadının xoşuna gəlməyə bilər, amma bu, bizim işimizdir. Yəni belə məsələlər ortaya çıxanda evliliyi davam etdirmək olmur, bu üzdən daim problemlər yaşanır. Bu, cansıxıcı bir durumdur, bütün bunlara tab gətirmək çətin olur. - Türkiyədə seriallara çəkilməyi gələcək planlarınız sırasına daxil etmisinizmi? - Ola bilər. Əgər səviyyəli, özümə layiq serial olarsa, çəkilərəm. Səviyyəli bir şey deyəndə maddiyyəti qətiyyən nəzərdə tutmuram. Ümumiyyətlə, mən heç nəyi maddiyyətlə ölçmürəm. İstər filmdə, istərsə də serialda ifa edəcəyim obraz mənə uyğun olmalıdır. Məsələn, həyatım boyu filmdə və ya serialda narkoman obrazını canlandırmaram. Lap bu rol üçün mənə 1 milyon dollar versələr belə... - Bəs hansı rolu təklif etsələr razılıq verərdiniz? - Müəllim, vəkil, qanun adamı rolunu oynaya bilərəm, amma mənfi rolları sevmirəm. Mən öz gücümə inandığım üçün mənfi rolları oynamaq istəmirəm, çünki bu rolla tamaşaçıda başqa fikirlər oyadacağam. Bu üzdən də seriala çəkilməklə bağlı çoxsaylı dəvətlərdən imtina etmişəm. Azərbaycanda da filmə dəvət alsam, eyni şərtlər irəli sürəcəyəm. Bu fikrim Hollivud və ya Paris üçün də dəyişməzdir. - Siyasətlə maraqlanırsınızmı? - Siyasətlə çox yaxından maraqlanıram və qəti, konkret mövqeyim var. Vətənimi çox sevirəm və dövlətimin quruluş ideallarına sadiqəm. Ölkəmin qurucusu və lideri Mustafa Kamal Atatürkə çox bağlıyam. Partiya mənsubluğum yoxdur. Doğru saydığım hər şeyi azad şəkildə söyləyə bilmək azadlığım var. - Gələcəkdə millət vəkili seçilmək iddianız varmı? - Əlbəttə. Yaxın illərdə mütləq siyasətə atılıb, bu düşüncəmi həyata keçirəcəyəm. - Türkiyədə cərəyan edən “Ergenekon” məsələsinə münasibətimiz necədir? - Ergenekon türklüklə bağlı çox müqəddəs sözlərdən biridir. Mənim üçün Türkiyə, bayraq sözləri nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir. O ada zərər vermək üçün atılan hər bir addımı səhv hesab edirəm. Bu mövzuda yazılanların heç birinin doğruluğuna inanmıram. Bu məsələ ilə bağlı hazırda Türkiyədə çox ciddi basqı var. - Bəlkə sizi Türkiyədən qaçıran da elə bu basqıdır? - Yox, mənim bu anlamda bir sıxıntım yoxdur. Ancaq Türkiyədə ölkəsini, xalqını qoruyan insanlara qarşı çox ciddi basqılar var. İnsanlar bundan dolayı çox sıxıntı çəkirlər. Məqamı yetişəndə sizin mətbuata bəzi siyasi məsələlər barəsində açıqlama verəcəyəm. - Türkiyənin hansı futbol komandasına azarkeşlik edirsiniz? - “Qalatasaray”lıyam, amma fanat deyiləm. Ümumiyyətlə, idmanı çox sevirəm. Azərbaycanın voleybol yığmasının kapitanı olan qız hazırda İstanbuldadır və onu seyr edirəm. Özüm də həmişə voleybol, basketbol oynayıram, digər idman növləri ilə də məşğul oluram. - Çelik polad deməkdir. Adınız xarakterinizə nə qədər uyğundur? - Eyibdir söyləməsi, amma mən elə əsl çelikəm. Yaxşı insan olduğumu düşünürəm. Dürüstəm və hər zaman verdiyim sözləri yerinə yetirirəm. - Azərbaycan sənətçilərindən kiminlə duet oxumaq fikrindəsiniz? Bəstələrinizdən ifa üçün bizim sənətçilərə verə bilərsinizmi? - Hələ ki seçim etməmişəm. Noyabrın sonuna kimi Bakıda bütün Azərbaycan televiziyalarını seyr edəcəyəm, sonra Azərbaycan türkcəsini mükəmməl öyrənmək istəyirəm. Yəni bu dili tamlığı ilə anlamaq və danışmaq arzusundayam. Duet məsələsinə gəlincə, bu, bir az vaxt aparan işdir. Öncə bir mahnı olmalı və sonra bu mahnını hansı sənətçi ilə birlikdə oxumağın daha yaxşı alınacağını düşünmək lazımdır. Mənim “Sən yoluna, bən yoluma” mahnımı Əbru Gündəş, “Qızımız olacaq” mahnımı isə İzel oxuyur. Əgər Əbru Gündəşin oxuduğunu İzel, İzelin oxuduğunu isə Əbru oxusaydı, çox pis alınardı. Mən mahnı seçimi edərkən çox götür-qoy edirəm. Ağlımda bir-iki sənətçi var, ancaq hələ dəqiqləşdirməmişəm. Bu gün üçün hələlik bir nəfərin adını çəkə bilərəm, o da Azərindir. Onun ifası olduqca diqqətimi çəkdi. - Gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmək fikriniz yoxdur ki? - Siz necə öz vətəndaşlığınızdan vaz keçməzsinizsə, mən də Türkiyə vətəndaşlığımdan imtina etmərəm. Amma sizin mərhum lideriniz Heydər Əliyevin bir sözü var və Türkiyədə o söz çox sevilir - “Bir millət, iki dövlət”. İki ayrı dövlət kimi görünsək də, bir millətik. Mən bir fərq görmürəm. Azərbaycanda və bölgədə rus dili də çox işlək olduğu üçün bu dili də öyrənmək istəyirəm. Burada gördüyüm işlər Türkiyədəki işlərimə qətiyyən mane olmur. Orada restoranım var və indi də işləyir. Noyabrda yeni albomum çıxacaq və təqdimatını Türkiyədə keçirəcəyəm. Amma burada ticarət baxımından Amerikadan, Avropadan və Türkiyədən daha yaxşı imkanlar var. - Bakının tarixi yerlərində olmusunuzmu? - Bəli, İçərişəhərdə olmuşam və oranı çox sevirəm. Amma Azərbaycanın çox az yerini tanıyıram, bu dəfə ölkənizi daha çox gəzib öyrənəcəyəm. Məqsədim bütün əyalətlərinizdə konsert proqramı ilə çıxış etməkdir. - Azərbaycan mətbəxində ən çox sevdiyiniz yemək hansıdır? - Qutabı çox sevirəm. İndi yeməklərin adını çox da bilmirəm, ancaq mətbəxiniz çox zəngin və ləzzətlidir. Tezliklə hər birinin adını öyrənəcəyəm. - İmicinizə dəyişiklik etmək fikriniz varmı? - Yeni albomum çıxdıqdan sonra imicimdə dəyişiklik etməyi düşünürəm. LENT.AZ
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb