SON XƏBƏRLƏR

Nobel sülh mükafatı Marti Axtisaariyə verildi

2021.10.20, 07:36
Nobel sülh mükafatı Marti Axtisaariyə verildi

Gunaz.tv
Nobel sülh mükafatı Marti Axtisaariyə verildi marti-axtisari.jpg Finlandiyanın keçmiş prezidenti 30 illik fəaliyyətinin nəticəsini görür 2008-ci il Nobel sülh mükafatı BMT baş katibinin Kosovodakı münaqişənin həlli üzrə xüsusi nümayəndəsi, Finlandiyanın keçmiş prezidenti Marti Axtisaariyə verilib. Lent.az-ın məlumatına görə, mükafat Axtissarinin 30 il ərzində bir neçə qitədə beynəlxalq münaqişələrin həlli üçün göstərdiyi səyə görə verilib. Marti Axtisaari BMT-nin Kosovo üzrə xüsusi nümayəndə postuna 2005-ci ildə təyin olunub. O, 2007-ci ildə münaqişənin həlli planını irəli sürüb. Bu plana görə, Kosovo faktiki olaraq Serbiyadan ayrılırdı. Rusiya və Çinin etirazı səbəbindən plan BMT Təhlükəsizlik Şurasında qəbul olunmasa da, Kosovo hökuməti, ABŞ və Avropa Birliyi tərəfindən bəyənilib. 2008-ci ilin fevralında Kosovo Serbiyadan ayrıldığını elan edəndən sonra isə dünya ölkələri onun müstəqilliyini tanıyıblar. Qeyd edək ki, Axtisaari bundan əvvəl Şimali İrlandiyada, İndoneziyanın üsyan qaldıran Açex əyalətində münaqişənin həlli ilə məşğul olub, Yorq Hayderin başçılıq etdiyi neofaşist Azadlıq Partiyasının Avstriyada hakimiyyətə gəlməsindən sonra ölkənin beynəlxalq təcriddən çıxarılmasında iştirak edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar