SON XƏBƏRLƏR

RUSİYALI POLİTOLOQ: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA PRİORİTET MƏSƏLƏ YÜZ MİNLƏRLƏ AZƏRBAYCANLI QAÇQININ ÖZ YURDLARINA DÖNMƏSİ OLMALIDIR”

2021.10.20, 07:36
RUSİYALI POLİTOLOQ: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA PRİORİTET MƏSƏLƏ YÜZ MİNLƏRLƏ AZƏRBAYCANLI QAÇQININ ÖZ YURDLARINA DÖNMƏSİ OLMALIDIR”

Gunaz.tv
RUSİYALI POLİTOLOQ: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA PRİORİTET MƏSƏLƏ YÜZ MİNLƏRLƏ AZƏRBAYCANLI QAÇQININ ÖZ YURDLARINA DÖNMƏSİ OLMALIDIR” moskva.jpg “Dağlıq Qarabağda yüz illərlə onlara məxsus olan evlərini məcburi şəkildə tərk edən yüz minlərlə azərbaycanlı hazırda Azərbaycanın mərkəzi hissəsində çox pis vəziyyətdə yaşayır. Ermənistanda isə qaçqınlar yoxdur”. Bu fikirləri politoloq, Rusiya ORT kanalının aparıcısı Maksim Şevçenko Bakı-Moskva telekörpüsündə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prioritet məsələ yüz minlərlə qaçqının öz yurdlarına dönməsi olmalıdır: “Təsəvvür edə bilmirəm ki, bu problem həllini tapmadan Azərbaycan tərəfi Ermənistana tabe olan Dağlıq Qarabağın erməni rəhbərliyi ilə dialoqa gedə bilər”. Ermənistanın İranla geniş iqtisadi-ticarət əlaqələrinə malik olduğunu vurğulayan Maksim Şevçenko İrəvanın tam iqtisadi blokada vəziyyətində yaşadığı barədə fikirləri əsassız hesab edir: “Bundan başqa Ermənistana çoxsaylı erməni diasporu güclü maliyyə yardımı göstərir. Azərbaycan isə ağır postmüharibə vəziyyəti yaşadığı üçün bu imkanlara malik deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar