SON XƏBƏRLƏR

Vaşinqtonda Türk festivalı keçirildi

2021.10.20, 07:36
Vaşinqtonda Türk festivalı keçirildi

Gunaz.tv
Vaşinqtonda Türk festivalı keçirildi afp__turkish_boys_with_national_flags_on_their_faces_during_protest_against_pkk__04_nov07.jpg Bazar günü Vaşinqtonda Türk Mədəniyyəti Festivalı keçirilib. Ağ Evə yaxın Azadlıq Plazasında təşkil olunan törən “Türkiyə - Avropa ilə Asiya arasında Gizli Eşq Macərası” adlanırdı. Tədbirin başlıca sponsoru Türkiyə Mədəniyyət Fondu idi. Burada Vaşinqton sakinləri ləziz Türk təamları dadir, qəhvə içir və mədəni eksponatlara baxırdılar. Türk bazarı adlanan çadırda müxtəlif növ mədəni əşyalar satılır və Türk mədəniyyətinin rəngarəng aspektləri müsafirlərə təqdim olunurdu. Səhnədə isə Amerikada yaşayan Türklərin musiqiçi və rəqs ansamblları ifa edirdi. Bundan əlavə festivalda Amerikalı Azərbaycanlılar da yaxından iştirak ediblər. Azərbaycanlı rəqs truppası səhnədə bir neçə xalq mahnısı ifa edib. Habelə Azərbaycanı təmsil edən köşklərə baş çəkən festival iştirakçıları Azərbaycan mədəniyyəti, ələlxüsus onun mətbəxi ilə tanış olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar