SON XƏBƏRLƏR

Robert Qeyts: "ABŞ Rusiya qoşunlarının Gürcüstanda qalmasından narahatdır"

2021.10.20, 07:36
Robert Qeyts: "ABŞ Rusiya qoşunlarının Gürcüstanda qalmasından narahatdır"

Gunaz.tv
Robert Qeyts: "ABŞ Rusiya qoşunlarının Gürcüstanda qalmasından narahatdır" robert_qeyts.jpg “Biz Rusiya ilə konstruktiv əlaqələr axtarırdıq, lakin təəssüf ki, onların fəaliyyəti regionda təhlükəsizliyi zədələdi"... ABŞ Rusiya qoşunlarının Gürcüstanda qalmasından narahatdır. Bu bəyanatla Amerikanın müdafiə naziri Robert Qeyts gürcüstanlı həmkarı David Kezeraşvili ilə görüşündə çıxış edib. Gürcüstanlı nazir isə bu məsələdə, rəsmi Vaşintonun dəstəyinə ehtiyac duyduğunu deyib. Danışıqlar NATO müdafiə nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutub. Görüşdə Robert Qeyts cümə gününə qədər Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması barədə nikbinlik nümayiş etdirsə də Moskvanın bu ölkədəki mövcudluğundan narahat oldğunu qeyd edib. “Biz Rusiya ilə konstruktiv əlaqələr axtarırdıq. Lakin təəssüf olsun ki, onların fəaliyyəti regionda təhlükəsizliyi zədələdi və onların məqsədləri barədə narahatlıq yaranıb. Mənim fikrimcə, Rusiya Gürcüstanı işğalla heç bir strateji məqsədlərə nail olmadı və nail olmayacaq da. Məmnunam ki, Rusiya atəşkəs barədə sazişə əsasən, qoşunların geri çəkilməsini həyata keçirir”. Brifinqdə iştirak edən Gürcüstanın müdafiə naziri David Kezeraşvili isə Amerika Birləşmiş Ştatlarının ən vacib strateji müttəfiqlərindən biri olduğunu qeyd edib: “Hamınız bilirsiniz ki, ABŞ bizim strateji tərəfdaşmız, bizim ən böyük yardım təchizatçımızdır. ABŞ-la biz yalnız ümumi dəyərlərə malik deyilik, həmçinin enerji təhlükəsizliyi, demokratiya, NATO-nun genişlənməsi və terrora qarşı mübarizə kimi çox məsələlərdə eyni fikirləri bölüşürük”. Görüşdə ABŞ müdafiə naziri həmçinin, jurnalistlərin Əfqanıstan barədə suallarını da cavablandırıb. Onun sözlərinə görə, Əfqanıstanda bir sıra çətinliklərə baxmayaraq terrorla mübarizəyə NATO-ya üzv olmayan ölkələrin böyük dəstəyi var./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar