SON XƏBƏRLƏR

Çernoqoriya və Makedoniya Kosovonu tanıdılar

2021.10.20, 07:36
Çernoqoriya və Makedoniya Kosovonu tanıdılar

Gunaz.tv
Çernoqoriya və Makedoniya Kosovonu tanıdılar 20080501071750pristina_203.jpg Çernoqoriya və Makedoniya rəsmi surətdə Kosovonun müstəqilliyini tanıyıblar. Bu o deməkdir ki, sabiq Yuqoslaviyanın tərkib hissələri olmuş ölkələr arasında yalnız Bosniya-Herseqovina bunu etməyib. Serbiya Çernoqoriyanın bu qərarına qəzəbli reaksiya verərək, bunun regiondakı sabitliyə xələl gətirdiyini vurğulayıb. Belqrad Çernoqoriya səfirini ölkədən çıxardığını bəyan edib. Əlliyə yaxın ölkə indiyə qədər Kosovonun müstəqilliyini tanıyıb. Makedoniyanın xarici işlər naziri Antonio Milososki deyib ki, parlament böyük səs üstünlüyü ilə Kosovonu tanımaq barədə qətnamə qəbul edəndən sonra, hökumət həmin qərarı təsdiqləyib. 2006-cı il referendumuna qədər, Serbiya və Çernoqoriya eyni ölkənin hissələri idi. Serbiya rəsmiləri deyirlər ki, tarixdə ilk dəfə olaraq, çernoqorlular serblərə xəyanət ediblər. Çernoqoriya Avropa İttifaqı və NATO-nun üzvü olmağa ümid edir. Onun xarici işlər naziri vurğulayıb ki, qərar ölkəsinin milli maraqlarına uyğundur və müstəqil Kosovonun reallığı ilə barışmaq vaxtı gəlib. BBC-nin Kosovo paytaxtı Priştinadakı müxbiri Nik Torp deyir ki, qonşularının Kosovonu tanıması ona ticarət və psixoloji xeyir gətirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar