SON XƏBƏRLƏR

Rusiya-Ermənistan münasibətlərində uran çaları

2021.10.20, 07:36
Rusiya-Ermənistan münasibətlərində uran çaları

Gunaz.tv
Araz Tədqiqatlar Mərkəzi Rusiya-Ermənistan münasibətlərində uran çaları Rusiya-Ermənistan münasibətləri güclənməyə davam edir. Rusiya baş naziri Viktor Zubkov və bərabərindəki heyətin 5-6 fevral 2008-ci tarixlərindəki Ermənistan səfəri munasibətlərin daha da yaxşılaşması istiqamətində yeni bəyanatlar verilməsi və müqavilələr imzalanması ilə yadda qaldı. Zubkov səfər sırasında Ermənistan prezidenti Robert Koçaryan, parlament sədri Tiqran Torosyan, baş nazir Serj Sərkisyan və Ermeni katalikosu 2-ci Qareginlə görüşdü və qondarma soyqırım abidəsinə çələng qoydu. Tərəflər arasındaki danışıqlarda “iki ölkə arasındakı mal dövriyyəsi həcmini yaxın illərdə 1 milyard dollara çatdırması” minimum hədəf kimi bəyan edildi. Zubkov erməni həmkarı Serj Sərkisyanla görüşündəki çıxışında bildirdi ki, “2007-ci ilin yanvar-sentyabr ayları ərzində Ermənistan iqtisadiyyatına 176 milyon dollar sərmayə yatırılıb. Bu zaman birbaşa investisiyalar 102 milyon dollar təşkil edib. «Qazprom», «Rusal», «İnter RAO» kimi şirkətlər Ermənistanda ciddi investisiya layihələri həyata keçirir. Ermənistanda Rusiya kapitalının iştirakı ilə 852 birgə müəssisə mövcuddur.” Sərkisyan da 2007-ci ildə iki ölkə arasında mal dövriyyəsinın 65 faiz artdığını və ikitərəfli əməkdaşlığın inkişafı üçün hələ də yaxşı imkanlar olduğunu vurqulayıb. İki olkə hökumətləri arasında nüvə enerjisi, nəqliyyat, azad ticarət və informasiya texnologiyaları sahəsində əməkdaşlıq barəsində sənədlər imzalanıb. Ermənistan dəmiryollarının Rusiya şirkətinə verilməsiylə sonuclanan səfərdə iki ölkə arasında nüvə enerjisiylə bağlı əməkldaşlığa dair ciddi addımlar xususiylə mühüm əhəmiyyət kəsb edir. Rusiya daha əvvəl sadəcə Metsamor AES-in idarəsini həyata keçirirdi. Zubkovun son səfəri sırasında isə Ermənistan hökuməti və «Rosatom» Dövlət Korporasiyası arasında Sünik vilayətindəki uran yataqlarının işlədilməsi üzrə sənəd imzalanıb. Sənəd 2008-ci ildə uran ehtiyatlarının qiymətləndirilməsi üzrə işlərin başa çatdırılaraq geoloji-kəşfiyyat işlərinin başlanmasını nəzərdə tuturş Yatağın istismarı isə 5 ildən sonra mümkün olacaq. Tərəflər Ermənistanın 2007-ci ilin mayında Rusiya və Qazaxıstan arasinda imzalanan Angarskidə Beynəlxalq Uran Zənqinləşdirmə Mərkəzi qurulması müqaviləsində iştırakına imkan verən sənəd imzaladılar. Bundan başqa Zubkov, Ermənistanda 2010-2011-ci illərdə tikintisinə başlanması planlanan yeni bir AES-in inşaatı tenderində Rusiyanın iştirak edəcəyini elan etdi. Bu açıqlama faktiki olaraq tikilməsi nəzərdə tutulan, 1 milyard dollara başa gələcək olan və Metsamordan ikiqat güclü olacaq (1000 Meqavat) yeni AES-in də Rusiya tərəfindən tikiləcəyini gəstərməkdədir. Zubkovun səfəri Rusiyanın yaxınlaşan prezident seçkiləri ərəfəsində Ermənistanda varlığını daha da gücləndirməsi və Serj Sarkisyana dəstəğini göstərməsi baxımından önəmlidir. Ermənistan üçün isə bu səfər nüvə silahı üçün gedən yolda bir mərhələ kimi uranın zənqinləşdirmə prosesində rəsmən istırakına imkanı qazanması və enerji ehtiyacları üçün yeni AES tikilməsi baxımından əhəmmiyyət kəsb edir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar