SON XƏBƏRLƏR

Ermənistan İran qazını almağa başlayır

2021.10.20, 07:36
Ermənistan İran qazını almağa başlayır

Gunaz.tv
Ermənistan İran qazını almağa başlayır Uzun müddətdir davam edən səylərdən sonra Oktyabrın 13-dən etibarən Ermənistanın İrandan təbii qaz almaya başlanacağı gözlənilir. Bu “növbəti tarix”, İran Milli Qaz Şirkətinin Rəhbəri Rəsul Salmaninin verdiyi açıqlamada konkret tarix kimi qeyd olunur. Oktyabrın 6-da İranda səfərdə olan Ermənistan Enerji Nazirinin Müavini Ara Şimonyanın İran Dövlət Neft Şirkətinin Rəhrəbi Əzizulla Ramazani ilə keçirdiyi görüşdən sonra da bənzər açıqlama verilib. Amma bu ilk deyil. Qeyd edək ki, İrandan Ermənistana təbii qaz satışı mələsi uzun müddətdir ki, gündəmdədir. Hətta, İran-Ermənistan təbii qaz kəmərinin Ermənistan hissəsinin rəsmi açılışı keçən il martın 19-da Ermənistan Prezidenti Koçaryanın və İran Prezidenti Əhmədinejadın iştirakı ilə keçirildiyi halda İrandan Ermənistana qaz verilmesi üçün texniki hazırlıqlar uzun müddətdir ki, başa çatmır. Hələ bu il Avqustun 28-də İran rəsmiləri oktyabrın 1-dən Ermənistana qaz verilməsinə başlanacağını bildirmişdilər. O zamankı açıqlamada ilkin olaraq hər il üçün Ermənistana 1 milyard m3 təbii qaz veriləcəyi, sonrakı illərdə bu miqdarın artırılacağı və əvəzində elektrik enerjisi alınacağı qeyd olunurdu. Sentyabrın 23-də İran Qaz İxracatı Üzrə Dövlət Şirkətinin Baş Direktoru Seyid Reza Kesaizadə İranın Ermənistana hər gün üçün 3 milyon m3 qaz verməyə hazır olduğunu, Erməni tərəfinin hazırlıqlarını tamamlamasını gözlədiklərini açıqlamışdı. Həmin dövrdə Ermənistan Enerji Naziri Armen Movsisyan Ermənistan tərəfində hazırlıqların getdiyini, bu ilin sonları, ya da ən gec gələn ilin əvvəli texniki işlərin qurtaracağını və İrandan qaz almağa başlayacaqlarını qeyd etmişdi. Son açıqlamalarda İranaın Ermənistana illik 1.1 milyard m3 qaz verəcəyi, ancaq bu miqdarın 2009-cu ildən sonra artırılaraq 2.3 milyard m3-ə çıxarılacağı qeyd olunur. Qazın əvəzində İran Ermənistandan illik 3.3 kVt/saat elektrik enerjisi alması nəzərdə tutulur (elektrik enerjisinin ötürülməsinə dünəndən başlanılıb). Nəzərə alsaq ki, xarici siyasət kurslarına görə İran qlobal, Ermənistan isə regional təcridolunmaya məruz qalıb, bu layihənin hər iki tərəf üçün əhəmiyyəti daha da aydın olar. Xüsusilə Gürcüstanda baş verən hadisələr fonunda dünyadan daha da təcrid olması, Ermənistanın “daimi enerji mənbəyi” funksiyasını yerinə yetirən Rusiyanın çox da arzulamamasına baxmayaraq bu ölkəni İranla enerji əməkdaşlığını inkişaf etdirməyə məcbur edir. Ermənistan Azərbaycan ərazilərini işğal etməsi, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları nəticəsində düşdüyü regional təcriddən xilas olmaq üçün gedişlər etməyə çalışır. Bir yandan “forpostu” funksiyasını yerinə yetirdiyi Rusiyanın enerji bazarında rəqibi olan və ciddi dərəcədə qlobal təcridə məruz qalan (supergüc ABŞ ilə kəskin pis münasibətlərə sahib) İranla enerji əməkdaşlığını, digər yandan özünə düşmən kimi gördüyü ölkələrlə ümumi münasibətlərini inkişaf etdirməyə çalışır. Hətta NABUCCO layihəsinə Ermənistanın da qoşula biləcəyi gündəmə gətirilir. Bütün bu cəhdlərin ümumilikdə uğurla başa çatdırılması ehtimalı isə çox azdır. Bu səylər öz növbəsində həm Ermənistan daxilində, həm bu ölkənin xarici münasibətlər sistemində ciddi risklər potensialı ortaya çıxarır. Ermənistanın bu riskli adımlarının necə nəticələnəcəyi qlobal oyundakı dəyişikliklərlə yanaşı həm də Ermənistanın düşmən münasibəti bəslədiyi qonşularının orta və uzunmüddətli strategiyalarını necə müəyyənləşdirmələrinə bağlı olacaq. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar